Məşhur iranşünas, sosioloq, iran və fransız tarixçisi, Beynəlxalq Tarix Elmləri Akademiyasının üzvü, Sorbon Universitetinin professoru Əli Məzahiri (1914-1991) “İslamın qızıl əsri” adlı məşhur əsərində müxtəlif millətlərə aid etnoqrafik məlumatları ehtiva edən sorğu kitabında erməni kölələri haqqında belə yazıldığını qeyd edir: “Ermənilər bütün ağdərili qulların içərisində ən pis olanlarıdır. Onlar Zanzibar* kişiləri kimi qaradərili qulların ən bədheybəti və ən iyrəncləridir. Ermənilər tənbəl, qəddar və oğrudurlar. Əgər erməni qula bir saat istirahət versən, o, ümumiyyətlə, işləmək istəməyəcək. Ona görə də, onu qorxu altında saxlamaq lazımdır" (səh. 376). Bu gün erməni terrorçularının Azərbaycanın rayonlarında törətdikləri vandalizm tarixçi-alimin ermənilər haqqında dediyi fikirləri bir daha təsdiq edir. Onların dini məbədlərə, kilsələrə, monastırlara, məscidlərə, məktəblərə, evlərə, məzarlıqlara xunxarcasına divan tutmaları illər əvvəl süngüdən keçirdikləri qız-gəlinlərimizə qarşı törətdikləri vəhşiliklərdən heç də geri qalmır. İranşünas və fransız tarixçi-sosioloqun gəldiyi qənaət bir daha özünü doğruldur, yəni həmin ermənilərin fitrəti elə yoğrulub ki, qorxu və basqı altında olmasalar, dünyanı viran qoyarlar. Bu gün biz bunun canlı şahidi oluruq. Onlarla humanist davranışımızın fonunda nələr görürük, nələr?!!! Kəlbəcəri, Ağdamı, Laçını xaraba qoyurlar, məscid, kilsə, məktəb, qəbiristanlıq, ev demirlər, dağıdırlar, sökürlər. Niyə? Ona görə ki, onlar tarixən insani davranışa vərdiş etməyiblər. Ey qəddar, oğru və barbar erməni terrorçuları! Heç olmasa, XXI əsrdə adam kimi davranmağı öyrənin! Bütün vəhşilikləriniz xristian və islam dünyasının gözü önündə baş verir. Təsəvvür edin ki, Kəlbəcərdə Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olan Gəncəsər monastırını dağıdırlar. Vallah, sizin heç bir dini mənsubiyyətiniz yoxdur. Nə olsun ki, o kilsələr bizim Alban babalarımızın ibadətgahı olub, axı onlar İsa Məsihin evləridir. Siz, ey ermənilər, hansı dinə mənsubsunuz?! Ümumiyyətlə, sidqi-ürəkdən inandığınız dininiz varmı? Nəyə xidmət edir o inancsız inancınız? Bəs dünyaya car çəkib deyirdiniz ki, siz cəfakeş xristianlarsınız. Eləsə, kilsələrii dağıtmaq, İsa Məsihin Evinə bu hörmətsizliyiniz nədir? İndi bu dinsizlərə sual edirik ki, müsəlman məscidlərini niyə dağıdır, murdarlayır, niyə orada donuz saxlayırlar? Vay sizin halınıza! Əmin olun ki, barbarlığınıza dəstək verənlər də gec-tez sizin kimi lənətlənəcəklər! Göylərin Səltənəti ilahi həqiqəti mütləq diktə edəcək! Sizin xristianlıq dini ilə heç bir əlaqəniz yoxdur. “Biz xristianıq!” deməklə siz ümumbəşəri dəyərlərin mahiyyəti olan xristianlığa böhtan atan qara ləkəsiniz. Heç xristian olan kəs monastıra, dini məbədlərə, bir sözlə, müqəddəsata vandallıq edib dil uzadarmı?! Gələcək nəsillər və bütün tərəqqipərvər bəşəriyyət sizin bu antiinsani hərəkətlərinizi, bütün dinlərə, o cümlədən xristianlığa qarşı olan barbar münasibətlərinizi lənətlə yad edəcək! Bu qara ləkəni təmizləyənlərin adları isə İsa Məsihin Müqəddəs Ruhuna sonsuz ehtiramın əbədi mücəssəməsi olaraq insanlıq tarixinə qızıl hərflərlə yazılacaq! Prof. İdris Abbasov
© 2020 - Created by İLK XEBER.