Milli Məclisin deputatı Madər Musayev Şanlı Vətən Müharibəsində qazanılan Qələbə ilə bağlı müsahibə verib. Millət vəkili müsahibəsində Qələbə sevinci ilə yanaşı Ali Baş Komandan, cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu hərbi siyasətdən danışıb. -Madər müəllim Azərbaycan xalqı artıq dünyaya qürurlu bir xalq kimi diqtə etməyə başlayır. İkinci Qarabağ müharibəsi ilə önəmli zəfər qazanıldı və artıq Azərbaycanın ərazi bötüvlüyü tam təmin olundu. Bununla bağlı sizin fikirləriniz maraqlı olardı. -Müsahibəyə başmazdan öncə mən bir millət vəkili kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirmək istəyirəm. Cənab Prezident Azərbaycana rəhbərlik etdiyi müddət ərzində ölkəmiz bir çox uğurlara imza atıb. Bütün sahələrdə ciddi nəaliyyətlər əldə olunub. Bu gün isə İlham Əliyevin rəhbərliyi ilə hayata keçirilən uğurlu siyasətin təntənəsini bütün xalqımız qürur, sevinc hissi ilə yaşayır. Bizə bu qələbəni bəxş edən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuza nə qədər təşəkkür etsək azdır. Bu elə bir hissdir ki, bunu sözlə ifadə etmək olmur. İnanın səmimiyyətimə 44 gün mənim ömrümdən elə bil bir ömür aldı. Hər gün televizor önündə cənab Prezidentin xalqa müraciətini dinlədikcə, onun işgal altında olna ərazilərimizin anonsunu verməsi ilə sevincgöz yaşlarımı saxlaya bilmirdim. Ən əsası qədim mədəniyyət beşiyi, bizim namus, qeyrət yerimiz olan Şuşanın işğalı xəbərini alanda sevincimin həddi hüdudu yox idi. Sizə səmimi deyim ki, mən həyatımda elə xoşbəxt gün yaşamamışdım. -Artıq işğal altında olan torpaqlarımız yoxdur. Azərbaycan əsgəri döyüş meydanında, diplomatlarımız masa arxasında düşmənə layiqli dərs verdi... -Müharibə 44 gün çəkdi. Bizim üçün önəmli olan o idi ki,işğal altında olan torpaqlarımız işğaldan azad olunsun. Buna nail olduq. Ancaq bu 44 gün elə belə 44 gün deyil ha. Üzdəniraqlar bu 44 gün ərzində onun bunun dabanını yalamaqla özlərinə güc-qüvvə, özlərinə haq qazandırmaq istəyirdilər. Onlar elə zənn edirdilər ki, indi 90-cı illərdir və Azərbaycan Ordusu gücsüzdür. Fransaya əl atdılar. Oranın bir prezidenti var Makrondur nədir... O da üzdəniraqlara oxşayır. Bəyanat verir ki, Azərbaycan müharibəni dayandırmalıdır. Adama sual edərlər Makron sənin rəhbərlik etdiyin Fransa dünyanın hər yerində fitnə-fəsadla ac-yalavac ölkələri əsarətdə saxlayır. Həmin ölkələrin təbii ehtiyatları, həmin ölkələrin vətəndaşları hesabına sənin fransız xalqın keyf edir. Bəs yaxşı Fransanın 20 faizi işğal altında olsa sən nə edərsən? 1 milyondan artıq qaçqın və məcburi köçgünün olsa ona baxa bilərsənmi? Suriya məsələsində köşgünlərə qapılarını bağlayan Fransadan nə gözləyəsən? Fransa ilə yanaşı bir sıra ölkələr qərəzli bəyanatlar səsləndirdi. Ancaq düşünülmüş diplomatik gedişlərlə cənab Prezident bu bəyanatlara tutarlı cavab verdi. Faktlarla. Üzdəniraqların terrorçu, onların Qafqaz regionu üçün təhlükəli bir varlıq demək istəməzdim. Təhlükəli cani olduğunu sübut etdi. -Qətnamələr var idi. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmişdi. Bu arada Azərbaycan 30 illik kağız üzərində qalan qətnamələri də icra etmiş oldu. -Özüdə necə icra etmiş oldu.. (Gülür). ATƏT-in Minsk Qrupu var. İnanın hər dəfə onların həmsədrlərinin işğal altında olan ərazilərə səfərini, səfərdən sonra boş-boş bəyanatlarını dinləməkdən bezmişdik. Onlar münaqişənin həlli ilə yox. Yeyib içib, vaxt öldürməklə məşğul idilər. Qətnamə qəbul olunub onu icra etmək əvəzinə sülhdən, onun-bunun zəhləsini tökən Paşinyanın Şuşada yallı getməsinə göz yumub bizə öyüd nəsihət verirdilər. Ancaq Müzəffər Azərbaycan Ordusu nəinki həmsədrlərin, eyni zamanda Ermənistana söz yeridə bilməyən beynəlxalq güclərin yadına bir məsələni saldı. Qarabağ Azərbaycandır! Bu ifadə bizdə milli birlik, bu ifadə bizdə özgüvən formalaşdırdı. Dəmir tumruq kimi bu ifadə bizi biri-birimizə bağladı və Qələbə sevincini yaşamağımıza səbəb oldu. Azərbaycanın bu gün qələbə qazanmasında Qarabağ Azərbaycandır şüarının misilsiz rolu var. Tarixə nəzər salın. İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi dönümdən Azərbaycan bir qarış belə torpaq itirməyib. Bu amil Azərbaycan tarixinə qızıl hərflərlə yazılan amildir. Qarabağımızın işğaldan azad olması eyni zamanda Ümummilli lider Heydər Əliyevin ən böyük arzusunun reallaşmasıdır ki, cənab Prezident bir övlad kimi atasının arzularını da reallaşdırdı. Bununla yanaşı mən bir məsələyə xüsusi toxunmaq istəyirəm. Bu da şəhidlərimizin qanının yerdə qalmamasıdır. Milli Qəhrəman Əlyar Əliyev eləcədə digər şəhidlərimizin ən böyük arzusu o idi ki, Azərbaycan bayrağı Laçında, Zəngilanda, Cəbrayılda və ən əsası Şuşada dalğalansın. Artıq qan bahasına başa gələn zərəf yürüşümüzün məntiqi sonluğu olaraq Azərbaycan bayrağı beynəlxalq təşkilatların tanıdığı, dünya birliyinin qəbul etdiyi ərazilərimizdə dalğalanır. - Şuşa sizin üçün nə deməkdir? -Kişinin başında papaq nə ifadə edirsə Şuşa da bizim üçün o deməkdir. Şuşa namusdur. Şuşa qeyrətdir. Şuşa mübarizədir. Şuşa gücdür. Bu gün biz bu gücə, qeyrətə, namusa sahib çıxdıq. Biz Şuşaya qayıtdıq. -Ancaq qazanılan Qələbəyə kölgə salmaq istəyən qüvvələr də var. O qüvvələrə hər hansı sözünüz varmı? -Mənim o qüvvələrə deyəcək heç bir sözüm yoxdur. Çünki onlar buna layiq deyillər. Onların cavabını Azərbaycan xalqı verir və verəcək. Başqa sözə ehtiyac duymuram. -Qalib bir xalqın vətəndaşı olmaq necə bir hissdir? -Bilirsinizmi. 90-cı illərdə səriştəsiz idarəetmə ucbatından torpaqlarımızı itirə-itirə gəldik. Siyasi, iqtisadi böhran baş qaldırdı. Ümumilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan inkişaf etməyə, möhkəmlənməyə başladı. Ümummilli liderin bir fikri var idi. O deyirdi ki, "Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bu gün artıq Heydər Əliyevin kəlamı reallığıa çevrilib. Azərbaycan regionda güc sahibinə çevrilib. Söz sahibidir. ABŞ-la Rusiyanın hərbi məsləhətləşmələri belə Bakıda keçirilib. Bundan artıq nə demək olar ki? Qaldı ki, sualınıza cavab olaraq onu deyim ki, Qalib bir xalqın vətəndaşı olmaq insanı şərəfləndirir. Qürurlandırır. -Ermənistanda artıq siyasi böhran baş qaldırıb. Sizində dediyiniz kimi üzdəniraqlar istədiklərinə nail olacaqlar? -Paşinyan özünü yandırıb. Özüdə elə yandırıb ki, inci cıbrığı çıxıb. Bir ara kişiləşdi. Dağlıq Qarabağ Ermənistanındır nöqtə dedi. Elə ən böyük səhvini də onda elədi. Bu üzdəniraqlar elə bildirdi ki, dünya elə belə də gedəcək. Bunlar elə düşünürdü ki, Şuşada yeyib işmək olar, məscidi mundarlamaq olar. Bunu heç kim görməyəcək, buna heç kim məhəl qoymayacaq. Baxın artıq o məscidlərdə Azan çəkilir. Avazı gözəl, səsi adamaruh verən azan necə gözəl səslənir. Hələ Cocuqmərcanlıda məscidin açılışı zamanı cənab Prezident qyed etmişdi ki, bu məscid Şuşa məscidinin bənzəridir. Eyni məscid Şuşada da tikiləcək. İnşallah Prezident İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımızda qısa zamanda böyük işlər görüləcək biz hamımız bunun şahidi olacayıq. Qaldı ki, dünya liderlərinin 44 gündə zəhləsini tökən üzdəniraqların baş nazirinə o devriləcək. Elə devriləcək ki, birdəfəlik siyasi arenadan gedəcək. Necə ki, meydanlara çiynində sumka ilə gəlirdi, eləcə də sumkasını çiyninə vurub gedəcək işinin dalınca. Ədil Ədilzadə
© 2020 - Created by İLK XEBER.