Türkiyədə Prezident Administrasiyası prezident Rəcəb Tayyob Ərdoğanın imzasıyla Azərbaycana hərbi kontingentin göndərilməsi ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib. Bu barədə məlumatı "Anadolu" agentliyi yayıb. Bildirilir ki, bu qanun layihəsi Türkiyə və Azərbaycan arasında daha öncələr imzalanmış qarşılıqlı hərbi yardımlaşma sazişinə müvafiq olaraq hazırlanıb. Qeyd edək ki, bu il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan lideri arasında imzalanmış atəşkəs bəyannaməsi ilə Qarabağda hərbi əməliyyatlar dayandırılıb, Rusiya sülhməramlıları bölgəyə gətirilib. Ancaq Türkiyə dövləti bölgədə sülhməramlıların fəaliyyətinə nəzarət etmək, Qarabağda qalıcı sülhün bərqərar olunmasında, erməni hərbi birləşmələrin bölgədən çəkilməsi prosesində iştirak etmək niyyətindədir.
© 2020 - Created by İLK XEBER.