Prezidentin köməkçisi, PA-nın xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudovun keçirdiyi birgə brifinqdə səslənən bir fikir yanlış ifadə olunub. Musavat.com xəbər verir ki, brifinqdə erməni hərbçilərin Kəlbəcəri tam şəkildə tərk etməsinin bu gün yox, dekabrın 25-də başa çatacağı qeyd olunub və yanlışdır. Əslində ermənilərə bu ayın - noyabrın 25-ə qədər vaxt verilib. Daha dəqiqi, onlara verilən vaxt uzadılıb. Bu da ona görədir ki, Kəlbəcərin ağır relyef və iqlim şəraiti var və tərketmə prosesinin ləngiməsinin səbəbi budur. Erməni hərbçilərin Ağdam və Laçını tərk etməlirinin qrafiki isə dəyişməz qalıb.
© 2020 - Created by İLK XEBER.