Bu gün – noyabrın 15-i Kəlbəcərin 27 illik işğaldan sonra Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilməsinin sonuncu günü idi. Lakin rəsmi Bakı möhləti daha 10 gün - noyabrın 25-dək uzatdı. Rusiya prezidenti Vladimir Putinin xahişi ilə. Rəsmi səbəb kimi, ermənilərin rayondan evakuasiyası üçün nəzərdə tutulan yolda böyük tıxacların yaranması, ərazinin mürəkkəb relyefi, əlverişsiz hava şəraiti göstərilir. Beləcə, Azərbaycan ermənilərə zərrəcə haqq eləmədiyi daha bir humanistlik göstərdi, növbəti yaxşılığını elədi. Hərçənd, onlar rayonun işğalı zamanı hansı vandallıqları törətmişdilərsə, indi oradan zorən çıxmaqda ikən də öz xislətlərinə uyğun dağıntılar, yanğınlar törədirlər. Bu üzdən insanlarımızda erməni vəhşilərinə daha 10 gün möhlətin verilməsinin qıcıq yaratması tamamilə başa düşüləndir. Yəni yaxşılığı onu qanana edərlər. Ancaq Azərbaycan tarix boyu, bu günə kimi bizə qarşı bunca namərdliklər, alçaqlıqlara imza atmış bu məlun, cılız tayfaya qarşı yenə böyüklük göstərdi. Dünyaya bir daha kimin kim olduğunu, bizim ermənilərdən əsas fərqimizi göstərdi. Belə comərdliyi əlbəttə ki, yalnız ulu, böyük xalqlar edir. Bu möhlət düşmən topluma tanınmaya bilərdimi? Bilərdi, əlbəttə ki. Bizi kimsə məcbur etmirdi. Hər halda, üç ölkə rəhbərinin 9 noyabrda imzaladıqları ortaq bəyannamə var. Canları çıxsın, əməl eləsinlər. Guya Kəlbəcəri, digər ərazilərimizi işğal edərkən onlar bizim dinc vətəndaşlara öz əşyalarını götürmək üçün vaxt və amanmı vermişdilər. Verməmişdilər. İndi təsəvvürə gətirin, Allah eləməmiş, əks vəziyyət olsaydı, onlar bizə 10 gün demirik, heç 1 gün möhlət verərdilərmi? Yəqin ki, dodağınız qaçdı... Nə isə, insanlıq naminə buna da getdik. Həm də İlham Əliyevdən ermənilər adından xahiş edən sıradan biri yox, Rusiya lideri Putin idi. Ali Baş Komandan necə demişdi, onları iti qovan kimi qovuruq. İtə isə yiyəsinə - yəni Rusiyaya görə hörmət edərlər. Putinin xahişini yerə salmaq uzaqgörənlik olmazdı. Hər necə olmasa, Rusiya prezidenti 44 günlük Vətən savaşımızın qalibiyyətlə bitməsi üçün mümkün olanı elədi – öz satellitinə kömək eləmədi, bizə hava-su kimi gərək olan qızıl neytrallığı saxladı. Nəticə etibarilə Qarabağın, digər ərazilərimizin işğaldan qurtuluşu gec də olsa, məhz V.Putinin hakimiyyət dönəminə təsadüf elədi, tarixə düşdü. Bunu da unutmayaq ki, Putin 20 il öncə prezident seçildikdən sonra xaricə ilk səfərini Azərbaycana, sonra isə Ermənistana edib. İkinci yandan, dekabrın 1-dək onsuz da işğal altındakı ərazilərimizdən rədd olub gedəcəklər. 5 gün o yana, 5 gün bu yana – böyük fərq eləməz. 27 il gözləmişik, 10 gün də dözərik. Təkrar edirik, həm də Putinin xətrinə. Bir də unutmayaq ki, yerdə qalan rayonlarımız canlı itkilərimiz olmadan boşaldılır. Müxtəsəri, Moskvaya daha bir avans verdik. Nə vaxtsa qarşılığını almaq üçün. Ümid edək ki, bu avansı xain ermənilər yanlış anlayıb, süi-istifadə etməyəcək. Yəni əlavə möhlətdən təbiətimizə, fauna və floramıza daha böyük zərər yetirmək üçün istifadə etməyəcəklər. Hərçənd, buna ciddi şübhəmiz var. Çünki erməniləri yaxşı tanıyırıq. Yeganə ümidimiz özlərini “ən qədim, ən mədəni xalq” sayan bu ikiayaqlı məxluqlara Putinin göz ağartması ola bilər. Yəqin ki, o da olar. Bizim sözümüz onadır. Əslinə qalsa, noyabrın 9-dan sonra Azərbaycan üçün məsələdə Ermənistan adında tərəf, söz sahibi yoxdur. Daha heç vaxt da olmayacaq. Minsk Qrupu, atəşkəs, təmas xətti, status-kvo, münaqişə tərəfləri, həmsədrlik institutu – hamısı getdi. Və nə yaxşı ki, getdi. Bizdən ötrü daha işğalçı tərəf də yoxdur. Həm artıq fiziki, həm də mənəvi anlamda. Dedik axı, itə sahibinə görə hörmət qoyarlar! Bizim üçün mötəbər olan Rusiyanın sözüdür, Putinin mövqeyidir, nəinki onun vassalının. Vəssalam...
© 2020 - Created by İLK XEBER.