Kəlbəcər rayon Tarix-Diyarşünaslıq muzeyi növünə görə tarix, arxeologiya, etnoqarfiya muzeyi olmuşdur. Muzey 1980-ci ildə tikilib. Muzeydəki eksponatların sayı 30 000 (otuz min) ədəddən çox olub. Muzeyin Bolqarıstan, Hindistan, Çin Xalq Respublikası, ABŞ, Almaniya, İtaliya, Kanada, Avstraliya, İran, Finlandiya və bir çox başqa ölkələrin 150-dən cox alimi ilə əlaqəsi var idi. Müzeyin ümumi sahəsi 900 kv/metr-dən çox idi. Muzey bir dəhlizdən, 3 otaqdan, 9 nümayiş salonundan və bir fonddan ibarət idi. Muzeyin ətraf divarlarında 2037 rəng çaları olan müxtəlif daşlardan istifadə edilmişdi. Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış bədii daş nümunələri, sujetli oymalar, kənd təsərrüfatı alətləri, müxtəlif heyvan fiqurları, at və qoç heykəlləri, nehrə, qazan, tuluq və bir çox digər məişət əşyalar açıq havada nümayiş etdirilirdi. Kəlbəcər Muzeyi 1993-ci il aprel ayının 03-dən 2020-ci ilə qədər Ermənistanın Respublikası Hərbi Qüvvələrinin işğalı altında olmuşdur. Ermənistan Respublikası Silahlı Qüvvələri Azərbaycan ərazisini işğal etdikdən sonra Kəlbəcər muzeyi tamamilə dağıdıldı, eksponatları talan edilərək Ermənistan Respublikasının İrəvan şəhərinə aparıldı. Kəlbəcər Muzeyi Ermənistanın Respublikası tərəfindən işğal edildiyi dövrdə aşağıdakı dəyişikliklərə məruz qalmışdır: • Muzey kompleksi tamamilə dağıdılaraq yerlə yeksan edildi. • Otuz mindən çox qiymətli eksponat, talan edilərək Ermənistan Respublikasına aparıldı. • Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış bədii daş nümunələri, sujetli oymalar, kənd təsərrüfatı alətləri, müxtəlif heyvan fiqurları, at və qoç heykəlləri, nehrə, qazan, tuluq və bir çox digər məişət əşyalar sındırılaraq məhv edildi. Kəlbəcər Tarix-Diyarşünaslıq muzeyi işğaldan sonra
© 2020 - Created by İLK XEBER.