Rusiya ötən sutka ərzində Ulyanovsk-Vostoçnıy aerodromundan Dağlıq Qarabağ münaqişəsi zonasına sülhməramlıları daşıyan daha 20 İl-76 hərbi-nəqliyyat təyyarəsi göndərib. Bu haqda Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. Hava gəmiləri sülhməramlı bölmələrin 170 hərbi qulluqçusunu, 20 ağırtonnajlı yük avtomobilini Yerevanın “Erebuni” aerodromuna çatdırıb. Oradan isə qüvvələr Laçın dəhlizi ilə Qarabağa daxil olur. Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi və yeni təmas xətti boyu müşahidə postları qurması bu gün noyabrın 14-də başa çatmalıdır. Bu arada erməni KİV-ləri Rusiya sülhməramlı qüvvələrinin Laçından keçərək necə Xankəndi istiqamətində hərəkət etməsinə dair yeni görüntülər yayılıb. Görüntülərə əsasən Həkəri çayının üzərindəki körpü döyüş əməliyyatları zamanı ordumuzun raket zərbəsi ilə qismən dağıldığı üçün Rusiya ağır texnikası-piyadaların döyüş maşınları və tanklar kənar yolla keçib gedir.
© 2020 - Created by İLK XEBER.