Bizdə bir-birini təhqir etmək məqsədilə işlədilən söyüşün bir növü də “Sən ermənisən” ifadəsidir. Bu “uzunqulaq” ifadəsinə bərabər sayılır. Hətta ötən əsrlərdə nənələrimiz evdə erməni usta işləyəndə, gəlini bu millətin nümayəndəsi olanda onların istifadə etdikləri əşyaları dönə-dönə yuyub salavatlayırmışlar. Bəs bu niyə belədir? Erməni də yer üzündə yaşayan millətlərdən biri deyilmi? (siyasi oyunların vasitəsinə çevrilsə belə) Bəli, onlar da bir millətdir, amma necə? Bizə məxsus olan hər hansı bir əşyanı başqası oğurlayanda ona münasibətimiz necə olur? Təbii ki, hər kəs onu qınayır, bu cinayətə görə hətta məhkəməyə verirlər. Mənimsənilən ərazidirsə burda həmin insana qarşı əməlli-başlı etirazımız olur. Hə, ona görə erməni deyəndə təhqir olunmuş hesab olunuruq ki, onların gözü daima başqasında, xüsusilə də, Azərbaycana məxsus hər şeydə olub. Bu da nanəciblik sayılır. Onlar ərazi iddiaları ilə bərabər Azərbaycanın əqli mülkiyyətinə, maddi-mədəni sərvətinə, ənənələrinə də göz dikiblər. Musiqimizi, folklorumuzu, mətbəximizi və s. mənimsəyirlər. Bu millət bacardıqca başqa xalqların da əlifbasını, bayrağını da özününküləşdirib. Yoxdan “Böyük Ermənistan” qurmaq eşqilə yaşayan erməni milləti öz xalqı üçün ciddi-cəhdlə çalışır. Onlar heçdən torpaq sahibi oldular, bizsə o boyda torpaqdan olduq. Bu gün KİV-lərdən öyrənəndə ki, hansısa bayatımızı ermənilər öz folklorları kimi qələmə verirlər, Abbas Hacıyevin 1980-ci ildə nəşr edilən “Tiflis ədəbi mühiti” kitabını xatırlayıram. Bəli, faciələrimizin bünövrəsi o vaxtdan (bəlkə də, daha əvvəl) başlayır. Kitabda yazılmış “Orta əsrlərdən ermənilər də Azərbaycan şairlərinin xalq yaradıcılığı nümunələrini doğma sənətləri kimi qoruyur, onların bir qismini, daha çox isə qoşma və bayatıları orijinalda erməni əlifbası ilə yazıya alırdılar...Xaçatur Abovyan ermənilərin ermənisayağı bayatı deməklərini arzulayır və Azərbaycan bayatılarını ehtirasla erməni dilinə tərcümə edirdi.” cümlələrini oxuyanda bugünkü mənəvi işğalın kökləri bəlli olur. Doğrudur, müəllif bunu ermənilərin oğru xalq olduğunu sübut etmək məqsədilə yazmayıb, amma bu gün böyük həqiqəti özündə əks etdirən yüzlərlə tarixi faktlar kimi çox şeyi özündə əks etdirir. Elə o illərdən oğurladıqlarıdır indi bir-bir üzə çıxarırlar. Ermənini özümüzə yaxın qoymadığımız halda, bu gün bizə məxsus olan hər şeyi onlar mənimsəməyiblər. Onların gizli şəkildə bu cür işlərlə məşğul olduqları halda biz xalqlar dostluğu ideyası ilə yaşamışıq. Axırda da o boyda Qarabağı verib “erməni” sözünü təhqirə çevirmişik. Hər əlamətdar günlərdə növbəti ilimizi Qarabağımızda keçirməyi arzulayarkən onlar hər illlərini Qarabağda keçirirlər. Başqasının torpağını, sərvətlərini mənimsəyib də özlərinə Vətən “düzəldirlər”. Bəs biz neynirik? Onlar xarici ölkələrdə öz maraqları uğrunda çalışarkən bizimkilər ordan bəri nifrət püskürürlər. Burdakılar da çal-çağır edib oynayırlar. Onlar şüurlu şəkildə “türk düşmənimizdir” deyə uşaqlarını tərbiyə edirkən biz beynəlmiləlçilik, kosmopolit düşüncələrlə özümümzü aldadırıq. Bu mövzuda yazmaq istədiyim nə vardısa hamısını Aqşin Yenisey “Ədalət” qəzetinə müsahibəsində deyib. Yaxşı olar ki, hər kəs o müsahibəni oxusun. Bütün dünyada bu gün xalqlar arasında ayrı-seçkilik duyulur. Xüsusilə də, müsəlmanların qanına susadıldığı vaxtda bəziləri yalançı tolerantlıq nümayiş etdirir. Amma bir balaca öz xətrinə dəyən mövzu olanda o tolerantlıqdan əsər-əlamət qalmır. Amma haqqı tapdanmış bir xalqdan dözümlülük tələb edirlər. Yutubda ermənilərin Şuşada yeni ili qeyd etdiklərini ürək ağrısı cəhənnəm, xəcalət çəkə-çəkə izlədim. N.Paşinyanın “Yallı” oynamasından yazmağa isə cürət etmirəm. İçimdə nəsə bir şey qırıldı. Bilmirəm qürurdur, ya ümid? May 2019
© 2020 - Created by İLK XEBER.