Zaur İbrahimli
Rusların sülhməramlı kimi gəlməsiylə bağlı bir necə məqama aydınlıq gətirmək lazımdır:
1. Ruslar ya gərək bütün Cənubi Qafqazdan çıxarıla ki, ölkəmiz də birdəfəlik bu məsələyə nöqtə qoya. Gürcüstandan çıxardılar, sonda ruslar hakimiyyətə gəldi...
2. Sarkisyan Aİ ilə saziş imzaladı, ABŞ-la danışıqlara başladı, 2016-cı ildən sonra davam gətirə bimədi, Paşinyan Qərbin bəzi dairələri ilə sövədləşmədə hakimiyyətə gəldi, rusları təftişə başladı... indi hər gün Moskvaya zəng edir...
3. Türkiyə Əsədə hökm kəsdi, indi onun ərazi bütövlüyünü ruslarla birgə qoruyur
4. Liviyada türklər qalib gəldi, amma sonda həm rusların dəstəklədiyi, həm də türklərin dəstəklədiyi qüvvələr neft satışını bərpa etmək üçün anlaşdılar
5. Hazırda da biz Türkiyə və Rusiyanın İran olmadan yeni bir Astana formatı yaratdığını görürük.
6. Türkiyənin bir bölüyünü ölkəyə gətirə bilmirdik, indi türk F-16-ları Gəncədə keşik çəkir.
7. Gözləyərdik, Paşinyanı hakimiyyətə gətirənlər Bayden seçildikdən sonra bizi sanksiyalarla dizə gətirəydilər, 907-cü düzəliş daha sərt formada bərpa olunsun?
8. Qarabağ ərazisində bizim yurisdiksiyamız tanınır, anklav kmi, qara yara kimi qalsa da böyür-başın bağlamışıq. Bu türklərin də əsas planıydı-Məngənədə saxlamaq.
9. Türkiyə nəzarət mexanizminin rəhbərlərindən biridir, bu da bizim sığortadır.
Yəni siyasət emosiya deyil, mümkün olanı etmək məharətidir, biz 1992-1993-cü ilin səhvlərini təkrar edə bilmərik. O zamanda 12 iyulda başlanan qələbə hücumu Xankəndindən geri döndü... Niyə? Çünki rus vertolyatları bu hücumu saxladı...İndi vertolyotlar daha təkmildir... Rus üçün Murov dağının bu, yaxud digər yamacında olmağımızın fərqi yoxdur, hər ikisində asan hədəfik... Ona görə realist olmaqda fayda var.