45 gün öncə əlimizdə ancaq Lələtəpə və Cocuq Mərcanlı vardı... Bu gün Şuşa başda olmaqla, bütün Qarabağ bizdədi, bizdə olmayanlar da qayıdır, 10-15 günə. Dağlıq Qarabağın statusu, sarsaq "Arsaq" ideyası məhv oldu! 200 illik erməni ideologiyası məhv oldu! Ermənistan rəhbərliyi diz çöküb, xalq küçələrə tökülüb, hökuməti işğal edib. Paşinyan qaçıb -gizlənib... Belə məqamda "Rusiya niyə gəldi, Xankəndi nə olacaq...", deyə, sevinməyi özünə haram edənlər var. Bunlar birinci atəşkəs dövründə də belə etmişdilər... Rusiya gəldi, Türkiyə də burada! İmzalanan maddələrə çox da fikir verməyin! Biz müharibəni bəyəm imzalanan anlaşma ilə başladıq? İmzalı anlaşma ilə qələbə qazandıq? İndi imzalanmayan anlaşmalar işləyir! İndi Türkiyə -Rusiya - Azərbaycan müttəfiqliyi böyük layihələrə hədəflənib. O layihələrdən birini də 44 gündür yaşayırıq! Bizim Vətən müharibəsinə Rusiya müdaxilə etmədi! Sizcə niyə... ... Daha Dağlıq Qarabağ deyilən qurum yoxdu, 30 minlik erməni silahlıları olmayacaq; Xankəndinə də, Xocalıya da, Ağdərəyə də bizim qüvvələr nəzarət edəcək. Hə, bu durumda gəlib xaraba qalan Xankəndində yaşamaq istəyən ermənilər tapılsa, onlara da lazımı "şərait" yaratmaq borcumuz olsun! Hər şey gözlədiyimizdən də yaxşıdır! Daha yaxşı olacaq! Xocalı, Xankəndi, Əskəran, Xocavənd, Ağdərə... - bütün bölgə bizə keçir! Qazaxın işğal altında olan 7 kəndi qaytarılır! Meğridən Naxçıvana dəhliz alırıq! Hər yerdə biz olacağıq. Hər yer bizimdir! Yazılı - imzalı anlaşmalardan başqa, imzalanmayan, yazıya tökülməyən böyük və strateji anlaşmaların olduğunu qəbullanmaq lazımdır! Sevinmək lazımdır! 45 gün öncə əlimizdə nələr vardı... İndi hardayıq! Azərbaycan xalqına minnətdarıq! Şəhidlərə minnətdarıq! Ordumuza minnətdarıq! Ali Baş Komandana minnətdarıq! Rəsəb Tayyib Ərdoğana minnətdarıq! Vladimr Putinə minnətdarıq! 28 il sonra yazılmayan, imzalanmayan anlaşmalar mövsümü gəlib... Yazılı, imzalı anlaşmalar ermənilər üçündü...
© 2020 - Created by İLK XEBER.