Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir - MN

Ermənistan tərəfi Şuşa döyüşlərindəki uğursuzluğunu ört-basdır etmək və öz cəmiyyətini sakitləşdirmək məqsədilə guya Şuşaya yenidən nəzarəti ələ keçirmək barədə dezinformasiya yayır. Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən bildirilib. "Bəyan edirik ki, Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir", - deyə nazirliyin xəbərində qeyd edilir.