Son günlər Ermənistanda baş nazir Nikol Paşinyanın istefa vermək niyyəti barədə məlumatlar dolaşır. 7 noyabr axşamından bəri isə, Ermənistanda hakimiyyətin prezident Armen Sarkisyana keçdiyinə dair söz-söhbətlər səngimir. İddialara görə, bu qərar 9 noyabr səhəri rəsmi olaraq elan ediləcək. Ermənistanın üst düzeyində bir şeylər olur və görünən budur ki, Paşinyan bir müddətdir öz vəzifəsindən ayrılmaq istəyir. Lakin ona bu imkan verilmir. Eyni zamanda baş nazirin siyasi qərarların qəbul edilməsində iştirakına qadağa qoyulduğu da iddia olunur. Həmin iddiaların mabədində qeyd olunur ki, o, müxalifətçi olduğu dövrdə Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən fəaliyyətə cəlb olunub. Şübhəsiz ki, Paşinyanın səssizcə istefaya getmək istəməsi üçün yaxşı bir səbəbi var. Paşinyan Ermənistanın tam məğlubiyyətinə görə məsuliyyət daşımaq istəmir. Ermənistan silahlı qüvvələrinin rəhbərliyi Nikol Paşinyanın sakitcə aradan çıxıb, məsuliyyətdən yayınmasına imkan verməyəcək. Lakin Musavat.com sosial medianın Ermənistan seqmentindən sensasion məlumat toplayıb. Ermənistan sakinləri arasında dolaşan məlumata görə, Paşinyan Ermənistanı tərk etməyi bacarıb və bazar günündən bəri ölkədə deyil! Əlbəttə ki, bu cür məlumatlar gizli saxlanılır, əlavə olaraq baş nazirin istefası siyasi və hüquqi bir məsələdir. Buna görə o, formal olaraq vəzifəsində qalmaqda davam edir, hakimiyyət müdafiə naziri David Tonoyanın rəhbərlik etdiyi orduya keçir və prezident ona legitimlik vermək üçün bir şirma rolunu oynayır. Baş nazir ümumiyyətlə gizlənmək, itib-batmaq ustasıdır. Məsələn, müəyyən qüvvələrin köməyi ilə o, 2008-ci ildə bir ilə yaxın erməni ədalətindən gizlənməyi bacarmışdı. Ancaq bu dəfə, onun qaçışı barədə məlumatlar, Paşinyanın hakimiyyətə gəlişindən sonrakı dövrdə milli təhlükəsizlik xidmətinin 4-cü direktorunun qəfil işdən çıxarılması fonunda da olduqca inandırıcı görünür. Armen Sarkisyan Bildiyiniz kimi, bu gün səhər prezident Armen Sarkisyanın sərəncamı ilə cəmi bir ay əvvəl baş nazirin təklifi ilə təyin olunan Mikael Ambarsumyan istefaya göndərilib və onum yerinə Armen Abazyanı təyin olunub. O, Azərbaycanla müharibənin ən qaynar dövründə Ermənistanda baş verən başqa bir casus qalmaqalının araşdırılmasına rəhbərlik edirdi. Yazının orijinalı bu linkdə: https://minval.az/news/124053957
© 2020 - Created by İLK XEBER.