“Şuşanın azad edilməsi bütün azərbaycanlıların ümummilli bayramıdır”. Bizim.Media xəbər verir ki, bunu haqqın.az saytına Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bacısı Sevil Əliyeva qələbə sevincini bölüşərkən deyib. Sevil Əliyeva bildirib ki, Şuşanın azad edilməsi ilə bağlı Prezidentin 8 noyabrda xalqa müraciətini heyranlıq hissi ilə dinləyib: “İnanılmaz sevinci mən həm də ona görə yaşayıram ki, bu gün bizim ailəmiz üçün də özəldir. Bu gün bizim valideynlərimiz- Zərifə və Heydər Əliyevlərin toy günüdür". "Və mən qardaşım, Prezident İlham Əliyevə sonsuz minnətdaram ki, bu müqəddəs günü bizim üçün belə bir möhtəşəm hadisəylə - Şuşanın azad edilməsi ilə qeyd etdi". "Hamımızı təbrik edirəm!”
© 2020 - Created by İLK XEBER.