Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan ardıcıl şəkildə Şuşa ətrafında gedən döyüşlər barədə məlumatlar açıqlayır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ovannisyan Azərbaycan Silahlı Qüvvələrinin Şuşanı ələ keçirmək üçün döyüşə yeni qüvvələr cəlb etdiyini bildirib.
A.Ovannisyanın etirafına görə, Azərbaycan ordusu şəhərə yaxınlaşmağa nail olub. “Azərbaycan ordusu şəhərə yaxınlaşmağı bacarıb, Şuşanı ələ keçirmək üçün cəhdlərini davam etdirir”, deyə, Ovannisyan keçirdiyi brifinqdə deyib.
O, bildirib ki, Azərbaycan ordusu Şuşa uğrunda döyüşlərə getdikcə daha böyük qüvvə cəlb edir. Onun sözlərinə görə, döyüşlər Daşaltı və Turşu istiqamətində də gedir.
Musavat.com