10:33 İndiyə qədər erməni qüvvələrinin heç bir böyük əks-hücumu uğurla nəticələnməyib, əksinə, böyük itkilərə gətirib çıxarıb. Axar.az xəbər verir ki, bu barədə “Meduza” rusdilli nəşrdə qeyd olunub. Məqalədə bildirilir ki, döyüşən tərəflərin gücü eyni deyil və Azərbaycan Ordusunun üstünlüyü aydın görünür: “Görünən odur ki, qüvvələr bərabər deyil: bir ay ərzində ermənilər canlı qüvvə və texnikada çox ağır itkilər veriblər. Onlar Şuşa və Stepanakerti (Xankəndi - red.) Ermənistanla birləşdirən yolu müdafiə etmək iqtidarında deyillər. Əgər Ermənistan ordusu yaxın günlərdə əks-hücum etməsə, onların ən mühüm təchizat xətti itəcək, “dqr”in paytaxtı Şuşadan 10 kilometr aralıda yerləşən Xankəndidə təhlükə yaranacaq”. Məqalədə münaqişənin necə bitəcəyi xüsusilə vurğulanıb: “Ermənistan işğalı altında olan qalan əraziləri saxlaya bilməyəcək, münaqişənin kompromisli siyasi həllinə ümid isə birdəfəlik itəcək. Ermənistanın və Rusiya, Fransa, eləcə də ABŞ-dan ona simpatiyası olan siyasətçilərin kompromisə nail olmaq üçün heç bir "materialı" qalmayacaq”.
© 2020 - Created by İLK XEBER.