Vətən müharibəsinin 40-cı günü! Möhtəşəm 40 gün! Vətən müharibəsi Azərbaycanı və Qarabağı özünə qaytardı! - 40 günün rezyumesi. Hansı nəticələr var? Lavrovun Qarabağla bağlı açıqlamasında iki mühüm məqam. Lavrov Suriyanın İdlib bölgəsində və Fərat çayının Şərq sahilində Türkiyə ilə birgə patrul xidməti həyata keçirdiklərini xatırladıb. Bu Qarabağ məsələsində də birgə çözümün olmasına açıq işarədir. Yada salaq ki, Rusiya XİN başçısı əvvəllər Türkiyənin iştirakını qəbul etmirdi. İkinci müjhüm məqam- Rusiya diplomatiya idarəsinin başçısı “məsələnin silah yoluyla həll edilməsini dəstəkləmirik və hərbi əməliyyatların tezliklə dayandırlmasına çalışırıq”. deyib. İşarə edilən ünvanı əslində hamı yaxşı bilir: masa arxasında Ermənistanın qəbul etmədiyi “sülh danışıqları”. Bu variantların hər biri nədən xəbər verir? Məğlubiyyət havası Xankəndinə çatdı-Qondarma “dqr” administrasiyası" Ermənistana yerləşdi- Ordusu pərən-pərən və xaos içində olan quldurlar müharibəni İrəvandan necə idarə edəcəklər? Qaçmaqlarını belə “rəsmiləşdirirlər”-siyasi və psixoloji anlamı. İndidən İrəvanda “qaçqın hökuməti” yaradıb, ağlaşma qursalar, kim onlara inanacaq? Ermənilər İsraildən nə istəyir? Daima antisemit siyasət yürüdən Ermənistanın baş naziri Paşinyan və digər rəhbərləri son günlər yenidən bu ölkəni hədəf seçib. “Niyə Azərbaycana silah satırsız" deyib ağlaşırlar. İsraillə ultimativ və hədələyici tonla danışmaqdan çəkinməyən Ermənistan boğulur, amma saman çöpündən yox, İsrail kimi güclü dövlətin ayağından yapışır. Bunun səbəbi nədir? Bu və digər sualların cavabını bu gün saat 14.00-də oğlunu Vətən savaşına yola salmış eks baş nazir, AXP sədri Pənah Hüseyn cavablayacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Müsavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, canlı yayına qatıla bilərsiz. Youtube səhifəmizin ünvanı: https://www.youtube.com/user/TVmusavat Facebook səhifəmizin ünvanı: https://www.facebook.com/NewMusavat/
© 2020 - Created by İLK XEBER.