Şanlı Azərbaycan Ordusunun zəfər yürüşü uğurla davam edir. Bir hüquqşünas və ehtiyatda olan zabit kimi əminəm ki, müharibədə qalib gəlməyin ən vacib şərtlərindən biri qələbəyə inamdır. Bu qısa zaman kəsiyində bütün dünya Azərbaycan xalqının bu inamının şahidi oldu. Şəhid balalarını məzara qoyarkən “Vətən sağ olsun!” deyən valideynlər, döyüş meydanında məğlub olması ilə barışa bilməyən faşist xislətli Ermənistanın atdığı bombalardan bir anın içində ev-eşiyi yerlə yeksan olan zaman “Evim, eşiyim, varım, yoxum getsin, təki torpaqlarımız alınsın!” deyən soydaşlarımız qələbə naminə hər an canından keçməyə hazır olan hər birimiz məhz bu inam sayəsində müharibənin yazılmamış qanunlarına sinə gəririk. İşğalçı Ermənistanın dinc əhaliyə hücum etməsi bizi daha da mətinləşdirir. Çünki biz haqq uğrunda savaşırıq. Xalqımız Ali Baş Komandana və rəşadətli Azərbaycan Ordusuna inanır. Bu inam isə biizi daha da birləşdirir,gücləndirir, qələbəni yaxınlaşdırır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər cıxışını, hər müraciətini, hər müsahibəsini səbirsizliklə gözləyirik. Daim xalqın arasında olan bir vətəndaş kimi əminliklə deyirəm ki, cənab Prezident xalqın ürəyindən keçənləri deyir, hər birimizin iradəsini ifadə edir. Ona görə də hər bir azərbaycanlı bu gün vətən uğrunda canından,malından, hər şeyindən keçməyə hazırdır.Bu inamı isə hər birimizdə yaradan Ali Baş Komandanın qətiyyətli, cəsarətli çıxışları,müsahibələridir. Sentyabrın 27-dən bu günə kimi təkcə döyüş meydanında deyil,siyasi arenada da savaşan Ali Baş Komandan xarici dövlətlərin nüfuzlu kütləvi informasiya vasitələrinə peşəkar diplomatik məharətini nümayiş etdirərək,xalqın iradəsini ifadə edərək ,ümummilli liderimiz Heydır Əliyev siyasətinin layiqli davamçısı kimi hər birimizdə milli qürur formalaşdıraraq 25 müsahibə vermişdir. Bu müsahibələrdən biri noyabrın 2-də İtaliyanın “La Respublika”qəzetinə verilən müsahibədir. Bu müsahibəsində də cənab Prezident qürurla bildirdi ki, BMT Təhlükəsizlik Şurasının ,Minsk qrupunun,ATƏT-in ,digər beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiyini şanlı Azərbaycan Ordusu 30 günə elədi. Belə ki,1993- cü ildən bəri kağız üzərində qalan qətnamələrə əsasən 7 rayondan 5-i ilkin mərhələdə azad edilməli idi. Bu 5 rayondan 4-ü artıq şanlı Azərbaycan Ordusu tərəfindən birtərəfli şəkildə bir ay ərzində işğaldan azad edildi. Həmçinin cənab Prezident bildirmişdir ki,Azərbaycan danışıqlar prosesinə ciddi şəkildə sadiq olmuşdur.Əfsuslar olsun ki,bunu Ermənistan tərəfi haqqında demək olmaz.Prezidentimiz haqlı olaraq bildirmişdir ki, bizim müharibə kimi bir hədəfimiz olmamışdır.Biz bu münaqişəni danışıqlar masasında həll etmək istəyirdik.Lakin Ermənistan tərəfinin sonuncu təxribatı bizi buna təhrik etdi.Biz cavab verməli olduq.Biz bunu döyüş meydanında etməyə hər zaqman hazır idik və bunu da edirik. Hər zamankı kimi yenə də Azərbaycan Ordusunda muzdurların döyüşməsi ilə bağlı verilən sualları faktlarla cavablandıran Ali Baş Komandan bütün dünyanın diqqətinə çatdırdı ki, indiyə qədər heç kim bizə bu faktları təqdim etməyib.Bu döyüş meydanında məğlub olaraq daha da azğınlaşan Ermənistan tərəfinin uydurmasından başqa bir şey deyildir.Cənab Prezident faktlara əsaslanaraq jurnalistin timsalında bir daha bütün dünyaya bəyan etdi ki,bizdə əcnəbilərin Ermənistan tərəfindən döyüşdüyünə dair kifayət qədər fakt var.Onlar erməni əsilli olduqlarını deyirlər,lakin bunun heç bir fərqi yoxdur.Çünki əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə,o muzdurdur.Bundan əlavə biz başqalarının da olduqlarını bilirik.Bilirik ki, PKK oradadır.Bilirik ki,Yaxın Şərqdən bəzi terrorçular qondarma “Dağlıq Qarabağ”ordusuna qoşulublar. Onlar 30 il ərzində özlərini elə göstəriridilər ki,guya onların məğlubedilməz ordusu var.Bu 30 il ərzində ərazilərimizi guya təkbaşına işğal ediblər.Onda ehtiyatda olan bir zabit kimi onlara sual verirəm: Bəs niyə bu “məğlubedilməz ordu”30 gün ərzində bu qədər itki verərək geri çəkildi,niyə öz hünərini döyüş meydanında deyil,əliyalın insanların üzərində sınadı,niyə fosforlu bombalardan istifadə edərək hünərini təbii sərvətlərə zərər verməklə göstərdi. Uşaqdan tutmuş böyüyədək bu sualın cavabı hər kəsə məlumdur. Lakin erməni lobbisinin təzyiqindən qorxan bəzi havadarlar buna göz yumur. Dünya hələ də susur. Cənab Prezidentin bu cəsarətli çıxışlarından dərs almaq istəmir. Cənab Prezident demişkən biz onlara kimin kim olduğunu sübut etdik. Aydındır ki, onlar 30 il ərzində bizim əraziləri təkbaşına işğal etməyiblər. Dövlətimizin başçısı hər birimizin ürəyindən xəbər verərək bir daha vurğuladı ki,biz sübut etdik ki,onların guya “məğlubedilməz ordusu”əfsanədir, mifdir və bunu qəbul etmək onlar üçün çox ağırdır.Baş Nazir Paşinyan Prezident Putinə məktub göndərərk hərbi yardım xahiş edib. Bu onların hərbi məğlubiyyətlərini göstərərək bizim qələbəmizi qəbul etmələri deməkdir. Bütün müsahibələrində olduğu kimi bu müsahibəsində də yeni reallıq yaradan Ali Baş Komandan hər birimizi bir daha qürurlandırdı. Əlbəttə ki,bu bizim qələbəmizdir! Bu hakimiyyətlə xalqın birliyinin qələbəsidir! Bu xalqla müzəffər ordumuzun birliyinin qələbəsidir! Bu qələbə təkcə döyüş meydanında deyil, siyasi arenada qazanılan qələbədir! Bu qələbə haqq savaşımızı görməzdən gələn Ermənistanın havadarları, erməni lobbisi üzərində qələbəmizdir! Cənab Prezidentin də qeyd etdiyi kimi Azərbaycanın 100 min döyüşçüdən ibarət nizami ordusu var. “Tam səfərbərlik elan etsək,bundan bir neçə dəfə çox adam səfərbər edə bilərik.Bizim müasir silahlarımız var.Mükəmməl texnologiyamız var və bizim çox yüksək döyüş ruhumuz var.Ona görə də Azərbaycan Ordusunun muzdlulara ehtiyacı yoxdu.”-deyərək Ali Baş Komandan bir daha erməni havadarlarını faktlar qarşısında aciz qoydu. Çıxışımın sonunda böyük fərəh hiisi ilə demək istəyirəm ki,biz türk əsilli qədim soykökünə malik bir xalqıq.Döyüş ruhu bizim qanımızda,canımızdadır. Mənfur ermənilər isə etnik qrup halında ordan ora ,burdan bura sürüklənən,tarix boyu çar Rusiyasının və digər havadarlarının əlində oyuncaq olan ,bu gün də öz xislətini dəyişməyən bir tayfadır.Milli mənsubiyyəti olmayan,həmişə onun bunun qapısında torpaq dilənən simasızların iç üzü dünyanın gözü qarşısında aşkara çıxdı.Sadəcə bunu görüb dərk etmək lazımdır. Bunun üçün isə Ali Baş Komandan cənab İlham Əliyevin çıxış və müsahibələri ən gözəl dərslikdir. Əlbəttə ki, dərs almaq istəyənə... QARABAĞ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR! Çingiz Dadaşov, “Demokratik İnkişafın Təşviqi“ İB-nin sədri, hüquqşünas
© 2020 - Created by İLK XEBER.