Azərbaycanın dinc Bərdə şəhərinin raketlə vurulmasını Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti təxribatı hesab etmək olar. Bunu birmənalı olaraq terror aktı kimi şərh etmək mümkündür. Bu barədə Axar.az-a rusiyalı politoloq, PolitRUS şəbəkəsinin təsisçisi və rəhbəri Vitali Arkov erməni silahlı qüvvələrinin Bərdə şəhərini raket atəşinə tutmasını şərh edərkən bildirib. Onun sözlərinə görə, bu hücum nəticəsində 21 insanın ölümü, 70 nəfərin yaralanması cinayətin miqyasını göstərir: “Şübhə yoxdur ki, rəsmi Bakı dinc Bərdə sakinlərinin ölümünə sərt cavab verəcək. Təəssüf ki, hələlik Ermənistan rəhbərliyində Nikol Paşinyan, hökumət və parlamentdə isə Soros Fondunu təmsil edən komanda üzvləri qalır. Regionda sülhün bərqərar olacağına əmin olmaq mümkün deyil. Onlar tamamilə əks vəzifələri yerinə yetirmək üçün hakimiyyətə gətirilib”.
© 2020 - Created by İLK XEBER.