AMEA - Fəlsəfə və Sosiologiya İnstitutunun, Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, f.e.d, professor Sakit Hüseynovun "Dağlıq Qarabağ münaqişəsi və Ermənistan siyasi-hərbi hakimiyyətinin işğalçılıq siyasəti" adlı məqaləsi İordaniya Haşimilər Krallığının, geniş oxucu kütləsinə malik "Neyruz" xəbər agentliyində nəşr edilib. Professor Sakit Hüseynov öz məqaləsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi məsələlərə toxunmuş, həmçinin keçən əsrin 80-ci illərin sonundan etibarən ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi siyasi və hərbi təxribatlar haqqında həqiqətləri çatdırıb. Bununla yanaşı, alim məqalədə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımı qeyd edib, habelə 1988-1993-cü illər ərzində erməni işğalı nəticəsində Azərbaycan Respublikasına dəymiş maddi və mənəvi zərərlər haqqında məlumatları paylaşıb. Prof. S.Hüseynov öz məqaləsində BMT-nin Təhlükəsizlik şurasının Ermənistanın işğalçılıq addımlarını pisləyən dörd qətnəmani (822, 853, 874, 884) qeyd edib və bu Qətnamədəki işğal olunmuş Azərbaycan torpaqlarından erməni hərbi qüvvələrinin dərhal çıxarılması barəsində müddəaları vurğulayıb. Bununla yanaşı prof. S.Hüseynov öz məqaləsində Təhlükəsizlik şurasının və digər beynəlxalq təşkilatların Qarabağ münaqişəsi ilə bağlı çıxardığı qərarların icra olunmadığını, buna rəğmən Ermənistan siyasi-hərbi hakimiyyətinin işğalçılıq siyasətini davam etdirdiyini, dünya güclərinin bu məsələdə ikili standartlar tətbiq etməsi ilə bağlı problemləri qeyd edib. Məqalənin sonunda prof. S.Hüseynov Ermənistanın cari ilin, sentyabr ayının 27-dən etibarən Azərbaycanın müxtəlif şəhərlərinə (Gəncə, Tərtər, Naftalan, Mingəçevir və s.) hücum etməsi və bu hücumlar nəticəsində həlak olmuş və yaralanmış dinc əhaliyə dəymiş maddi və mənəvi zərərlər haqqında məlumatları ərəbdilli oxuculara çatdırıb. https://www.nayrouz.com/post.php?id=174794#.X5QMArzEPxA.whatsapp
© 2020 - Created by İLK XEBER.