“Davamlı hərbi itkilərini kompensasiya etmək üçün Ermənistan humanitar atəşkəsi pozub mülki insanları öldürərək müharibə cinayətləri törədir”. Musavat.com-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib. “Bərdə rayonuna reaktiv raketlərlə hücum edilib. İndiyə qədər 3 nəfər həlak olub, uşaqlar və qadınlar da daxil olmaqla, 10 nəfər ağır yaralanıb”, - deyə H. Hacıyev qeyd edib.
© 2020 - Created by İLK XEBER.