Xəbər verdiyimiz kimi, Erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulub. "Qafqazinfo"nun məlumatına görə, erməni hərbi cinayəti nəticəsində 4 mülki vətəndaşımız həlak olub ki, onlardan biri də 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızıdır. Bununla da sentyabrın 27-dən bu günədək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak uşaqların sayı 11-ə çatıb. 7 yaşlı Aysunun fotosunu təqdim edirik: Foto: Tural Hüseynli
© 2020 - Created by İLK XEBER.