Son zamanlar bütün dünyanı cənginə alan karonavirusla bağlı vəziyyətin gərginləşməsi müşahidə olunmaqdadır. Təbii ki, bu hal bizim ölkəmizdən də yan ötmür. Ölkəmizdə karonavirus infeksiyasına yoluxanların sayının artması söylədiklərimizin həqiqət olmasına faktiki sübutdur. 500-dən çox yeni yoluxma halının olması bu sahədə həyəcan təbilinin çalınmasına gətirib çıxarır. Virusa yoluxanların sayının kəskin şəkildə artması haqlı təşviş doğuran haldır. Məhz bu səbəbdən ölkənin bir sıra rayonlarına və kəndlərinə, o cümlədən, Lənkəran, Şəki, Quba, Sabirabad və başqa yaşayış məntəqələrinə giriş-çıxışlar bağlanmışdır. Bu ərazilərdə postların qurulması əhalinin arasında kütləvi yoluxma halının qarşısının alınması məqsədini daşıyır. Əslində karantin rejiminin sərtləşdirilməsi ümumilikdə bütün xalqımız üçün ciddi bir siqnaldır. Eyni zamanda Bakıda da narahatedici hallar mövcuddur. Virusa yoluxma halının azalması əhali arasında arxayınçılıq yaratdı. Bu da nəticə etibarı ilə yoluxma halının artmasına gətirib çıxardı. Önümüzdən soyuq payız qış mövsümü gəlir. Məlumdur ki, bu dövrdə yuxarı tənəffüs orqanlarının xəstəliklərinin artması müşahidə olunur. Bu arzuolunmayan hallara düşməmək üçün immuniteti gücləndirmək ən önəmli məsələdir. Eynilə gigiyena qaydalarına əməl olunması mütləqdir. Yaddan çıxarmaq olmaz ki, karonavirus da yuxarı tənəffüs orqanlarının kəskin xəstəliyidir. Virus cəbhəyə sıçraya bilərmi? Təəssüflər olsun ki, bu taclı bəla Çindən buraya gəldiyi kimi, buradan cəhəyə də gedə bilər. Bu xoşagəlməz və arzuolunmaz halın qarşısını almaq üçün bütün ölkə əhalisi ön cəbhəni qorumaq üçün əlindən gələni etməlidir. Hamı vətən, xalq və əsgərlərimiz qarşısında öz məsuliyyətini dərk etməlidir. Mümkün qədər ön cəbhəyə aparan yollarda hər kəs bir nəfər kimi bütün gigİyena qaydalarına riayət etməlidir. Unutmaq olmaz ki, ön cəbhədə vuruşan əsgər sağlam, dirənişli və rahat olmalıdır. Bu qələbənin bir nömrəli qaydasıdır. Hamını ön cəbhəni qorumağa səsləyirik. Murdar erməni yağılarından da təhlükəli olan sinsi karonavirus bir nömrəli düşməndir. Bu düşməndən qorunmaq üçün isə əsas məsələdir. Xalqımızın müzəffər ordusunun tarix yazdığı bir zamanda bu mənfur virusa qarşı vuruşmalı, ona yoluxmamalıyıq. Koronavirus haqqında o qədər xoşagəlməz, ürkütücü məlumatlar mövcuddur ki, onları burada qeyd etməyi lüzmsuz Bildim. Sadəcə əminliklə demək istərdim ki, özümüzü qorusaq bu virus bizim qarşımızda aciz qalar. Küsüb gəldiyi yerə gedər. Almaniyadakı İnfeksiyaları Araşdırma Mərkəzinin alimləri bu qənaətdədirlər ki, altı yaşadək olan uşaqlar virusun daşıyıcılardır. Balacaların oyun sahələrində, baxça və məktəblərdə və digər yerlərdə kütləvi şəkildə toplanması,olmaları bu qənaətə əsas verir. Bu çətin zamanda gələcəyimiz olan balalarımız qorumaq məqsədi ilə toplu yerlərdə olmaqdan çəkindirək. Həkimlərin tövsiyyələrinə əsasən özünü virusdan qoruma karonavirusa yoluxmamaq üçün ən birinci vasitədir. Sonrakı mərhələdə isə maska və əlcəklərin taxılması əllərin gigiyenası, sosial məsafənin saxlanması mütləqdir. Taclı bəladan qurtulmağın əsas amilləri sadaladıqlarımızdır. Açıq təmaslarla təmas bu virusun yayılma mənbəyidir. Həm öz vəziyyətinin kəskinləşməsinin qarşını almaq, həm də çevrədə yaşayan insanlara virusu yaymamaq üçün özünü təcrid (otaqdan çıxmamaq) virusun qaşısı minimum şəkildə alır. Ölkəmizdə vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün əhali kütləvi şəkildə nəqliyyat vasitələrində, alış-veriş mərkəzlərində, küçə və prospektlərdə gigiyenik qaydalara riayət edilməli, sosial məsafə saxlanmalı, ən önəmlisi, maska taxılmalıdır. Bu vasitələr koronavirusla mübarizəni gücləndirər, yoluxma sayını endirər və sonda koronavirusla mübarizəyə qalibiyyətimizə gətirirb çıxarar. Erkən qorunma, erkən aşkarlanma, erkən diaqnostika və erkən izolyasiya bu xəstəliyin caynağından qurtulmağın əsas yoludur. Özümüzü və çevrənizi qoruyaq. P.S.Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə çap olunur. İlahə Əliyeva Ziyalı Ocağı İctimai Birliyinin sədri, layihə rəhbəri
© 2020 - Created by İLK XEBER.