Mənbələr deyir ki, iki ən qədim, ən qazanclı və ən alçaq peşə var: biri ticarətdir, alış-veriş, yəni. Yüz hoqqa işlədib, aldadıb ucuz alırsan, sonra baha satıb qazanır, varlanırsan. Məhz aldadıb satırsan, varlanırsan. İkincisi, fahişəlikdir. İkisində də yalan deməmək, aldatmamaq mümkün deyil. Ona görə də ən alçaq peşə sayılır. İkisi də ermənilərə xasdır. İstənilən qədər nümunə var. Amerikalı fotomodel, pornoulduz Kim Qardaşyanı xatırlamaq kifayətdir... Dedik ki, bu peşələr həm də ən qədimdir. Ən ilk əmtəə, ən ilk mal, ilk fəaliyyət növü kimi. Ən qədim insan özündə olmayanı almaq üçün özündə olanı satmalı idi... Hər iki peşədə dil bilmək vacibdir. Bunun anatomiyasını... bilənlər bilir. Ermənilər xisləti etibarı ilə tacirdir, alış-verişi sevirlər. Bir neçə filmdə onları tacir obrazında görmüşəm. Yox, fikrim təkcə buna görə formalaşmayıb. Ticarət həm də böyük diplomatiyadır, malını qarşı tərəfin dilində təriflə - alsınlar. Nağıllarımız necə deyir: tacir-tüccar dili ilanı yuvasından çıxarar. Ticarətlə hər kəsin dili açılır, ermənilər də alış-verişlə dünyanın dilini öyrənib, yüz illərdir ki, kralların, hökmdarların, prezidentlərin, konqresmenlərin qapılarında dolaşır, alıb-satır, məkrli niyyətlərini yeridirlər. Tacir dilini, alış-veriş dilini onlar siyasətə də gətirib. Bir dənə düz sözləri yoxdur. Yalanlarını satıb həqiqəti girinc edirlər. Otuz ildir (yüz illərdir...) Azərbaycan (türk) həqiqətlərini dünyaya sübut edə bilmirik. Ermənilər məhz xarici dilləri öyrənib yalanlarını dünya ölkələrində ictimai-siyasi fikrə yeridirlər. Qeyd edim ki, xarici dil, Vətən Müharibəsi və erməni anlayışlarını bir yerə yığmağım təsadüfi deyil. Ali məktəbdə ilk ingilis dili müəllimim erməni idi - Poqosov. Zalım oğlu ingilis dilini çox gözəl bilirdi. İndi mən də yaxşı bilirəm. Haşiyə. Mən tələbəlik illərində, üst-üstə altı-yeddi il Bakının mərkəzində erməni evində kirayədə yaşamışam. Torpağımız illərlə əsir idi. Həqiqəti hansı dildə izah edirdik, dünya bizi başa düşmürdü, başa düşmək istəmirdi. Xarici dilləri öyrəndik. “Dil həyat mübarizəsində silahdır” deyiblər. Özü də çox kəsərli silahdır. Düşmənin də dilini bilmək lazımdır, ən azından, onu tanıyıb bilmək üçün, məkrli niyyətlərini öyrənmək üçün. Ona görə də dünya dillərini öyrəndik. AzərTAc-da işlədiyim illərdə yeddi-səkkiz xarici dildə düşmənin cavabını verirdik... Torpağımız illərlə əsir idi. Azərbaycan həqiqətlərini dünya dillərində demək üçün xarici dilləri öyrəndik. Dünyanın müxtəlif ölkələri ilə birbaşa əlaqələrimiz yarandı, həqiqət üzə çıxdı, kimliyimiz, identikliyimiz bilindi. Bizim kimi sülhpərvər millət yoxdur. Avropada diasporamızın üç-dörd toplantısında iştirak etmişəm. Biz heç diaspora bilmirdik nədir, oturmuşduq öz evimizdə (biz evimizə, torpağımıza, ölkəmizə çox bağlıyıq). İndi möhtəşəm diasporamız formalaşib, bütün xarici dillərdə mübarizəmizi aparırıq. Amma yenə bizi başa düşmür, başa düşmək istəmirdilər. Və ordumuzu yaratdıq. Prezident azad olmuş yaşayış məntəqələrinin adını oxuyarkən bəzən özünü saxlaya bilmir, sevincdən riqqətə gəlir (o da insandır), bəzən hər birimiz kimi qəzəblənir, od tökürdü. Bu zaman Sözü, Dili (Yumruğu) reaktiv mərmiyə dönürdü. Yəqin, Babək bu qəzəblə yağı üstünə gedib.... Amma zaman dəyişib, düşmən də məkrlidir, havadarı çoxdur, dünyanın elə bir ölkəsi yoxdur ki, orada erməni yaşamasın, orada mühüm postlar tutmasın. Rusiyanın elə mediası yoxdur ki, açar nöqtələrdə onlardan olmasın, buna görə dünyanın fikrini dəyişə bilib, hətta dünyanı Böyük Türkiyəyə qarşı çevirməyə çalışır. Uzun illər dünya ölkələrində yayılıb yaşamaqla onların dilini öyrənib və təbliğatını aparıb – məhz onların dilini öyrənməklə. Biz isə dünya dillərini təzəcə dadmağa başlamışıq – birbaşa anlamda. Dünya dilləri ilə tanışlığımız yalnız “через русского языка” mümkün olub. Söyüşsüz keçinmək olmur. Belə bir söyüş də var: “Ay hərədən bir tikə!”, yəni, bic, vələdüzzina, zatı qarışıq. Mənbə deyir ki, “ermənilərin damarlarında cürbəcür xalqların, hətta qaraçıların qanından var. Bunu onlar özləri də etiraf edirlər. Özlərini gah almanlara, gah yunanlara, gah nə bilim kimə qohum çıxarır, özlərinə arxa, həmfikir yaradırlar. Özləri də yazır ki, “ermənilər neçə-neçə qəbilə və tayfanın qatışığıdır (“hərədən bir tikə”). Gah keşiş, gah tacir libasında” dünya güclərinin yanında özünə yer eləyir, dillərini öyrənməklə öz “yazıq” gününə çarə diləyir (erməni qadınlarının bu işdə rolu aləmə məlumdur. Bu, bir ayrı mövzudur). Torpağımız illərlə əsir idi. Və ordumuzu yaratdıq... İyirmi gün ərzində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünyanın ən ünlü media vasitələrinə yüksək peşəkarlıqla və diplomatik məharətlə verdiyi müsahibələri göz önünə gətirəndə bir daha inanırsan: “...Kim nə miqdar olsa, əhlin eylər ol miqdar SÖZ”. Vətən Müharibəsindəki qələbələrimizin bir gücü də onun SÖZüdür. Haqlı Sözü. Televiziya ekranından görürdük: bəzən xəbərsiz, bəzən bilə-bilə və aqressiv şəkildə, həm də tərəfkeşliklə ölkəmizi az qala suçlayan suallara Cənab Prezidentin verdiyi təmkinli cavablar uzaq vuran artilleriya silahıdır. Və bir xarici dil mütəxəssisi kimi, tərcüməçi kimi qeyd edirəm: Cənab Prezidentin bir neçə dildə bu qədər gözəl natiqliyi ölkə rəhbərinin üstünlüyü, avantajıdır. Beynəlxalq tədbirlərdə görmüşük: bir neçə dil bilməsi Prezidentimizə böyük ehtiram doğurur. Ölkə rəhbərimiz poliqlotdur, dostla da, düşmənlə də yüksək peşəkarlıqla ünsiyyət bağlayır. Texnoloji peşəkarlığı var: bizi tvitsiz qoymur... Hələ neçə qələbə tvitləri qarşıdadır...
© 2020 - Created by İLK XEBER.