Bu gün hadisələrə, ifadələrə diqqətlə fikir verdikcə qan yaddaşımızda nəsə təzələnir, nəsə yada düşür. Sanki qədim Oğuz yurdu olan Qarabağımızda baş verən hadisələr azca dəyişilməklə yenidən təkrar olur. Bir çox nüansa diqqət çəkək. Yağılar ova çıxmış Qazanın obada olmamasından istifadə edərək gecə ikən Oğuz elinə basqın edir, yurdun talan edir, qız-gəlinini əsir götürür.1992-ci ildə Azərbaycandakı qarışıqlıqdan istifadə edən ermənilər Xocalıya hücum edir, yurdu talan edir, qız-gəlini əsir götürür. Qaraca Çoban üstünə gələn kafirlərə qarşı qardaşları ilə birgə vuruşur. Qardaşları şəhid olur. Xocalıda da xalq, Əlif Hacıyev igidləri ilə birlikdə aeroportda erməni-rus birləşmılərinə qarşı vuruşur və sonda aeroportu da partıadaraq qəhrəmanlıqla həlak olurlar. Qaraca Çoban üstünə gələn kafir sürüsünə söyləmiş, görəlim nə söyləmiş: Heeeyy! Boş-boş danışma, mərə, itim kafir, İtimlə bir yalaqda yal içən azğın kafir, Altındakı alaca atı nə ögərsən, Ala başlı keçimcə gəlməz mana! Başındakı tuğulğanı nə ögərsən, mərə, kafir, Başımdakı börkümcə gəlməz mana! Qılıncını nə ögərsən, mərə, kafir! Əgri başlı qılıncımla gəlməz mənə! Uzağından, yaxınından bəri gəlgil, İgidlərin zərbini görgil, sonra getgil! Bu gün Qazan xanın övladları qaradonlu kafirlərə, Şöklü Məliklərin törəmələrinə öz qolunun zərbini göstərirlər. Kafir havadarlarına sığınaraq yurdumuzu talan edən boş-boş, düşük-düşük danışan Paşinyana da bu gün ordumuzun əsgərləri - Qaraca Çobanın, Beyrəyin, Yeynəyin, Əgrəyin, Səgrəyin oğulları itimiz erməniyə beləcə meydan oxuyurlar. Ali Baş Komandan: "Müqəddəs Vətən torpağından, ey itim kafir, səni iti qovan kimi qovarıq!" - deyir. Tarixən də oğuzların özgə torpağında gözü olmayıb, bu gün də. Amma Vətən torpağına göz dikənlərin gözünü oyub, vətən təhlükədə olanda igidlər birləşib, “Çal qılıncını, Xan Qazan”, - deyib birlik göstəriblər. Bu gün də Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımız bu birliyin, gücün hesabına itim kafirə öz həddini göstərir. Eli-obası əsir düşmüş, yurdu talan olmuş Qazan öz elini qurtardığı kimi sonda müzəffər Ordumuzun nər biləkli əsgərləri də Ali Baş Komandanın əmri ilə nəinki torpaqlarımızı, şərəfimizi, börkümüzü, papağımızı, tariximizi, oğuzluğumuzu, türklüyümüzü, tarixi toponimlərimizi özümüzə qaytarır. Tariximizdə yeni Oğuznamə - Qarabağnamə yazır. Oğuzlar yenə tarix yazır! Zəfər salnaməsi! Oğuz eli, Qazan xan, sadə xalq nümayəndəsi Qaraca Çobanların oğlanları tarixən də kafir məliklərlə vuruşub, bu gün də vuruşur! Çal qılıncın, yetdim, Qazan xan! -deyirlər! Yetdim sənə, Qarabağ! - deyən igidlər! Düşmənə: "iti qovan kimi səni Qarabağdan qovarığı" nahaqdan demirlər. Oğuzlar düşmənə itim kafir deyiblər, bunun tarixi kökləri var. Kafirlər gecə quldur kimi basqın ediblər, Xocalıya gecə basqın etdikləri kimi Gəncəni də gecə ikən vururlar. Bu, indi də belədir. Namərdin namərdliyi tarixlər keçsə də, düzəlməyib. Aldadıb ər tutmaq bunların köhnə peşəsidir. Yalançılıqla dünyanı çaş-baş salıb saqqızın oğurlasalar da, bu, çox çəkmədi. Ermənidən bizə heç vaxt dost olmayıb və heç vaxt da dost olmaz, neçə ki Dədəmiz Qorqud deyib: “Kül təpəcik olmaz, qarı düşmən dost olmaz”. Necə ki əsirlikdə Beyrək 16 il qalmışdı, indi də 27 il əsirlikdə Oğuz igidlərin saxlamışdı yağı düşmən. HaqqıTanrı haqqına bərabər anaların xeyir-duasını alan oğullar bu gün Qarabağda yeni Qarabağnamə, yeni bir Oğuznamə yazırlar! Canları, qanları bahasına Vətən torpağına, şərəfinə ləkə gəlməkdənsə, ağ ətlərindən qara qovurma bişirilməsinə, qızıl qanlarının axmasına razı olan oğullar vətənə: "Sən sağ ol vətən, bir mənim kimi oğlan olmazmı olur?, - deyibən igidliyi, ərliyi bir qaşıq qandan uca tuturlar! Ucalardan uca, kimsənin necə olduğu bilmədiyi Tanrı sizi qorusun, Vətən oğulları! Türk övladları, Oğuz igidləri özləri ilə savaşmayınca heç kəs ona batmaz! Bu, Kitabi Dədə Qorquddan çıxan nəticəni tarix neçə illərdir ki sübut edir. Bunu da "Kültigin abidəsi" deyir: "Türk Oğuz bəyləri, eşidin! Üstdə göy qübbəsi çökməsə, altda yer dəlinməsə, türk ulusunu, elini kim məhv edə bilər?” Müzəffər ordumuz, yeni zəfərlərə doğru inamla irəli! Tanrı türkə yar olsun. Düşmənimiz xar olsun!
© 2020 - Created by İLK XEBER.