Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Böyük Britaniyanın “The Independent” nəşrində yayımlanan müsahibəsindəki fikirlərə münasibət bildirib.
H.Hacıyev bu barədə “Twitter” hesabında yazıb.
Prezidentin köməkçisinin cavabında deyilir: "O, Azərbaycanın mülki şəxslərinin öldürülməsində birbaşa iştirak edib. İndi özünü mələk və sülhsevər kimi təqdim etməyə çalışır. O, Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir”.