Ermənistan baş naziri Nikol Paşiniyanın əmri ilə Gəncə şəhərində törədilən terror hadisəsi ilə bağlı Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin fikirlərini oxucularımıza təqdim edirik. - Soros Fondunun maliyyəsi, qərbin siyasi dəstəyi və ermənilərin ABŞ-dakı lobbisinin himayədarlığı nəticəsində, inqlab yolu ilə hakimiyyətə gətirilən Nikol Paşinyanın avantürist siyasəti regionda təhlükə yaratmaqdadır. Belə ki, Ermənistan baş nazirinin əmri ilə Gəncə şəhərində və ölkəmizin digər rayonlarında terror aktı həyata keçirilmişdir. Bu terror nəticəsində uşaqlar və qadınlar da daxil olmaqla 50 nəfərdən çox dinc sakin öldürülmüş, 100 nəfərə yaxın yaralanmış və çoxlu sayda obyektlərə ziyan vurulmrşdur. Ermənilərin terror əməliyyatı hazırda da davam etməkdədir. Bu faktlar barəsində Respublika Prokurorluğunda 30-a yaxın cinayət işi açılmışdır, törətdilən terror hadisələrinin nəticələri barədə dünya içtimayətinə və beynalxalq təşkilatlara məlumat verilmişdir. Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin səfirlikləri və onların nümayəndələri hadisə ilə bağlı yerində tanış olmuşlar. Prezident Ilham Əliyev öz çıxışlarında dəfələrlə Paşinyanın bəyanatlarında Azərbaycan xalqının hissiyatına toxunduğunu və xalqımızı təhqir etdiyini bəyan etmişdir. Bundan başqa Paşinyanın xalqımıza qarşı törətdiyi cinayət əməlləri barədə Prezident Ilham Əliyevin, o cümlədən respublikada fəaliyyət göstərən siyasi partiyaların, içtimaii təşkilatların bəyanatları, beynəlxalq təşkilatlara müraciətlərli də olmuşdur. Paşinyanın daxili və xarici siyasəti, o cümlədən törətdiyi terror əməllərinin nəticəsində hazırki imici nəinki, Ermənistanda o cümlədən beynəlxalq aləmdə də iflasa uğramışdır. Paşinyanın xalqımıza qarşı törətdiyi terror əməllərinə Azərbacan Respublikasının Milli Məclisində siyasi və hüquqi qiymət verilməsinə əsas vardır. Hesab edirəm ki, Paşinyan kimi bir terrorçu ilə, eyni zamanda pisxi cəhətdən anormal olan şəxslə hər hansı bir danışığın aparılması mənasızdır. Zalıma rəhm etmək məzuma zülüm verməkdir anlamı yaradır. Terrorçu Paşinyanla bağlı Milli Məclisin verəcəyi siyasi və hüquqi qiymət daxili və xarici siyasətimizdə yeni mərhələ ola bilər.
© 2020 - Created by İLK XEBER.