Paşinyanın öz 6 sualına 6 cavabı - işğalçı hələ də güzəştə getmək istəmir

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədəki səhifəsində Qarabağda yaranmış vəziyyətə dair altı suala cavab yazıb. Paşinyanın özünün qoyduğu suallara cavabı belədir: 1. Bu müharibə nə üçün lazımdır? Qarabağın statusu üçün. 2. Biz müharibədən qaça bilərdikmi? Bəli. Əgər əraziləri geri versəydik və Qarabağın qeyri-müəyyən statusuna və statusun sonradan korrektə edilməsi mexanizminin olmaması ilə razılaşsaydıq. 3. Biz Qarabağ üçün əlverişli statusu danışıqlar yolu ilə əldə edə bilərdikmi? Yox, çünki bunu etmək üçün şansı 2001-ci ildə Kazanda qaçırdıq. 4. Bu müharibəni dayandıra bilərikmi? Nəzəri olaraq, bəli, 2-ci müddəada qeyd edilən versiyannın daha pis düsturuyla. 5. Müharibə Qarabağın statusunu həll edə bilərmi? Bəli, əgər müharibədə uğur qazansaq. 6. Müharibədə uğur əldə edə bilərikmi? Bəli, əgər milli potensialımızı bu məqsəd ətrafında cəmləşdirsək və bu hədəfə doğru fədakarcasına getsək. Göründüyü kimi, hazırda inçəsi qırılmlş ilan kimi güc-bəla sürünən erməni hərb maşınının sürücüsü olan şəxs hələ də "müharibə"də qələbədən danışır və öz işğalçılıq siyasətinə son verməsini düşünmür. Musavat.com