Yoxdu bu dünyada sənin bənzərin Hikmət: - Salam məhbus Şuşam, salam-əkeyküm, Çəkinmə, cavab ver, mənəm- əsgərin. Haranda yara var, sarıyım, büküm, Silim, təmizləyim yağı izlərin. Şuşa: - Kimsən..?, Adını de, mən tanımadım, Sarsılmışam, itib yaddaşım, yadım, Yadımdan çıxıbdı mənim öz adım, Görmür, zəifləyib axı gözlərim. Hikmət: - Komutan veribdi çox böyük qiymət, General-leytenant Hikmətəm, Hikmət, Çox çəkdim bu yolda əzab əziyyət, Soyulub qan verir indi dizlərim. Şuşa: - Həəəə... Mübarizin qonşusu Hikmət..?! Yadımdan çıxmayıb Ondakı qamət... Səndə də görünür həmin əzəmət, Sənə əmanətdi dağım, düzlərim. Hikmət: - Bilsən nə çəkmişəm bu otuz ili..? Yanmışam içimdə mən diri-diri Üstümə uzanıb yağının dili, Yalana dönübdü doğru sözlərim... Şuşa: - Halal et..! Getməsin əzabım hədər, Nə gecələr yatdım, nə də ki səhər. Otuz il qatmışam yuxuma zəhər, Ki, külə dönməsin yanar közlərim. Hikmət: - Düşmən dizə çöküb ödər bədəlin, İdris kəsər sənə toxunan əlin, Halal xoşun olsun, ay nazlı ''Gəlin'', Yoxdu bu dünyada sənin bənzərin. 18.10.2020-ci il İdris Babayev
© 2020 - Created by İLK XEBER.