"Sivilizasiya" Monitorinq və Araşdrrmalar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Aztəminatlı əhaliyə hüquqi yardım xidmətinin yaxşılaşdırılması” adlı layihəsi başa çatırb. Bu barədə layihənin rəhbəri, "Sivilizasiya" Monitorinq və Araşdrrmalar İctimai Birliyinin sədri Mübariz Laçınov məlumat verib. Layihənin məqsədinin ehtiyac içərisində olan sosial qrupların (qadınlar, əlillər, aztəminatlılar və s.) hüquqi məlumatlılığını, qanunvericilik və praktikanı yaxşılaşdırmaqla onların ədalətə çıxış imkanlarını artırmaqdan ibarət olduğunu bildirən QHT sədrinə görə, artıq icra planında nəzərdə tutlan bütün fəaliyyətlər həyata keçirilmişdir: “Bundan başqa layihə çərçivəsində “Aztəminatlı əhaliyə hüquqi yardım xidmətinin yaxşılaşdırılması” adlı kitab çap etmişik. 500 nüsxəlik bu kitablar artıq aidyyatı üzrə paylanılıb”. M.Laçınov onu da qeyd edib ki, həmçinin layihə çərçivəsində həyata keçirdikləri sorğu da başa çatmışdır. Onun sözlərinə görə, sorğunun başlıca məqsədi aztəminatlı ailələrin hüquqi məlumatlılığını, qanunvericilik və praktikanı yaxşılaşdırmaqla onların ədalətə çıxış imkanlarının yaxşılaşdırılması üçün tədbirləri və təklifləri müəyyənləşdirmək olub: “Sorğu Bakı şəhəri, Salyan, Yardımlı və Qobustan rayonlarının hər birində 20 nəfər arasında aparılıb. Sorğuya cəmi 80 nəfər cəlb edilib. Onlardan 73 nəfərin cavabı sorğuda əsas götürülüb. Digər 7 nəfər isə sorğuda yer alan suallardan yalnız birini cavablandırmaqla kifayətlənib”. Lahiyə rəhbəri əlavə edib ki, iştirakçıların 48,2 faizi aztəminatlı ailələrin hüquqlarının pozulması hallarının qarşısının alınması ilə bağlı təbliğat təşviqat işinin yetərincə olmamadığını, 34,5 faizi “Vətəndaşların müraciətləri haqqında” qanun barədə kifayət qədər məlumatlı olmadıqlarını və 16,7 faizi həssas qruplardan hüquq pozuntularına daha çox qadınların və əlillərin məruz qaldığını qeyd ediblər. Respodentlərin digər 0,6 faizi isə sorğudakı sualların heç birinə cavab verməyiblər.
© 2020 - Created by İLK XEBER.