Bütün dünyanı təhlükə qarşısında qoyan koronavirus pandemiyası nın qarşısının alınması məqsədi ilə ölkəmizdə bütün qüvvələr virusla mübarizə istiqamtində səfərbər edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 avqust 2020-ci il tarixində keçirdiyi "Koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyət"lə bağlı müşavirədə koronavirusla mübarizədə bildirdi ki, virusun yayılmasının qarşısının alınmasında müsbət dinamika müşahidə edilməkdədir. Virusun bu mərhələsində müsbət dinamikanın konteksi onu deməyə əsas verir ki, reallaşdırılan geniş tərkibli tədbirlər öz müsbət nəticəni verməkdədir. Ümumi vəziyyətə nəzrət mexanizmi onu deməyə əsas verir ki, virusla mübariz nəzarət altındadır. Yoluxma halının aşağı olması bunu deməyə əsas verir. Təbii ki, bu istiqamətdə həkimlərin rolu danılmazdır. Eyni zamanda respublikamızda fəaliyyət göstərən bütün strukturlar, idarə və təşkilatlar, dövlət və özəl sektorlar virusla qarşı mübarizəyə cəlb olunmuşdur. Vətəndaş cəmiyyətləri də fəaliyyətlərini bu istiqamətdə qurmuşlar. “Ziyalı Ocağı” İctimai Birliyi də növbəti layihəsini koronavirusla mübarizəyə həsr etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə - “Pandemiyaya qarşı mübarizə istiqamətində aztəminatlı ailələrə sosial yardımların paylanması işinin təşkili” çərçivəsində "Sağlam vətəndaş üçün sağlam düşüncə tərzi olmalıdır" adlı növbəti tədbirini reallaşdırıb. Layihənin bu mərhələsi bu ilin avqust ayının 27-si və 28 tarixlərində Masallı və Yardımlı rayonlarında həyata keçirilib. Bu bölgədə yaşayan az təminatlı ailələrin və işsiz vətəndaşların ev ünvanları, sosial durumları araşdırılıb və sosial durum baxımından ehtiyacı olan ailələr müəyyənləşdirilib. "Sağlam vətəndaş üçün sağlam düşüncə tərzi olmalıdır" adlı ərzaq yardımı kompaniyası zamanı bu bölgədə koronavirusla bağlı vətəndaşlar arasında maarifləndirmə işi aparılıb. Bu bir nömrəli qarşımıza qoyulan əsas məqsəddir. Virusun qarşısının alınması, habelə onun yayılmasını önləmək məqsədi ilə bağlı lazımi məlumatlar hazırlanaraq Masallı və Yardımlı rayonlarının əhalisi arasında yayılıb. Dövlətimizin işsiz və az təminatlı ailələrərə göstərdiyi diqqət və qayğıdan bəhs edilib.
© 2020 - Created by İLK XEBER.