Suallarımızı Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev cavablandırır: -Qarabağ bölgəsində ordumuzun əks-hücum əməliyyatı tətbiq etməsi dünyanın siyasi reallığına, danışıqlar prosesinə nə dərəcədə təsir edir? -Dünya siyasətində iki pirinsip tətbiq etməklə məqsədə çatırlar: beynəlxalq qanunların yaratdığı güc, bir də gücdən doğan qanunlar. Hazırda böyük dövlətlər birmənalı olaraq gücün qanununu tətbiq etmələ məqsədlərinə nail olurlar. Dünyada beynəlxalq qanunların qüvvəsi olsaydı, ermənilərlə bağlı BMT-nin məlum qətnamələri icra olunardı. Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllini Azərbaycan 30 ilə yaxındır səbrlə gözləyirdi, bizim səbrimizdən istifadə edən Ermənistan yeni ərazi iddialarına düşdülər. Erməni ideoloqları dənizdən dənizə “Böyük Ermənistan” yaratmaq ideyasını gizlətmirlər, hətta bu ideyanın həyata keçməsi üçün tarixi şəraitin yarandığını təbliğ edirlər, bunun nəticəsidir ki, Ermənistan Müdafiə naziri yeni ərazilərin işğal edilməsi bəyanatı verdi. Bu ilin iyul ayında Tovuz rayonu istiqamətində ermənilərin hücumu Azərbaycan ərazisinin qərb bölgəsindəki yeni ərazilərini işğal etmək idi. Hazırda Qarabağ istiqamətində yaranmış vəziyyətin günahkarı yenə də ermənilərdir, bunu artıq dünya ictimaiyyəti də anlayır. Erməni ordusu yenə də 1990-ci ildəki hərbi taktikanı seçib, yəni dinc əhalini, mülki obyektləri hədəfə alırlar. Dinc əhalini atəşə tutmaqla panika yaratmaq, yeni qaçqın dalğasını yaratmaq istəyirlər ki, bunun da nəticəsində ordumuzun döyüş əzimini sındırmaq, zəiflətmək niyyəti durur, amma ermənilər unudurlar ki, indiki Azərbaycan 1990-ci ildəki Azərbaycan deyil. Istər dövlət başçısının siyasi-diplomatik fəaliyyəti, istər ordumuzun texniki təhizatı, istərsə də insanların vətənpərvərliyi və döyüş əzmi göstərir ki, xalq öz ərazisinin ermənilərin işğalı altında qalması ilə razılaşa bilmir. Dövlət başçısının əks-hücum əmri verməsi dünyanın siyasi reallığına tam uyğun idi, bu illər ərzində Azərbaycan tərəfi məsələnin dinc yolla, beynəlxalq hüquq çərçivəsində həllini istəyirdi. Təəssüflər olsun ki, dünyada beynəlxalq qanunlara yanaşmada ikili standart mövcuddur. Məhz bunun nəticəsidir ki, Qarabağ konfilikti 30 ildir uzanmaqdadır. Ermənilərin müxtəlif zamanlarda törətdikləri təxribatlar nəticəsində bölgədə yaranmış vəziyyət diqtə edir ki, biz dünyanın siyasi reallığına uyğun davranaq, yəni öz ərazimizi güc tətbiq etməklə azad edək. -Dünyanın bir neçə ölkəsindən erməni millətindən olan terrorçu quvvələr Ermənistan dövləti tərəfindən səfərbər edilərək Qarabağa gətirilir və Azərbaycan xalqına qarşı istifadə edirlər, bunu dünya dövlətləri görmürmü, hətta bunu görə-görə bizi danışıqlar masasına dəvət edirlər? -Erməni millətindən olan Şaumyan ermənilər barədə belə deyib: “erməni ziyalısından dürüst hazırlanmış erməni millətçiləri”. Erməni millətçiliyinin və sepatçılığının mayası terrorçuluğa bağlıdır. Bu barədə ermənişünas alimlər, mütəxəsislər çox yazıb, tarixdə bu barədə faktlar kifayət qədərdir. Bəli dediyiniz kimi Ermənistan dövləti dünyanın müxtəli yerlərindən, erməni mənşəli terrorçuları səfərbər edərək Qarabağa gətirib və ondan xalqımıza qarşı istifadə edirlər. Bu barədə kifayər qədər faktlar var, bu faktlardan diplomatik fəaliyyətimizdə, diasporamızın təbliğatında, elmi-praktiki konfranslarda, bir sözlə, Ermənistanın dövlət səviyyəsində terrorçu və terroru himayə edən dövlət olduğunu göstərməliyik. Bunu əsas tutaraq ordumuzun bölgədə antiterror əməliyyatı aparıması, işğal altındakı ərazilərimizi terrorçulardan təmizləməsi bizim haqqımızdır. Dünyanın heç bir yerində terrorçularala masa arxasına əyləşmirlər. Rusiya Çeçenistanda anti-terror əməliyyatı apardı və Çeçenistanda olan silahlı dəstələri təmizlədi. ABŞ Ben Ladenlə masa arxasında əyləşib danışıqlarmı apardı, bir sözlə, terrorçular məhv edilməlidir. O ki, qaldı Dağlıq Qarabağda yaşıyan ermənilərin taleyinə o barədə düşünməyə dəyər. - Qarabağda olan erməni mənşəli Azərbaycan vətəndaşlarının təhlükəsizliyi üçün beynəlxalq sülh məramlı qüvvələrin yerləşdirilməsi nə dərəcədə məqsədə uyğundur? -Sülh məramlı qüvvələrdən o zaman söhbət gedə bilərdi ki, problemin həlli sülh yolu tutardı. Biz işğal olunmuş ərazilərimizi döyüşərək, qan tökməklə azad ediriksə bu zaman hansı beynəlxalq sülməramlı qüvvələrdən söhbət gedə bilər. Dünyanın siyasi reallıqlarını, böyük dövlətlərin bölgədəki siyasi maraqlarını nəzərə alsaq, Dağlıq Qarabağda yaşayan erməni mənşəli Azərbaycan vətəndaşlarının təhlükəsizliyi üçün beynəlxalq sülh məramlı qüvvələrin tərkibi hansı dövlətin silahlı qüvvələrindən ibarət olaması, bu qüvvələrin kimin nəzarətində olacağı ciddi məsələdir. Bildiyiniz kimi Suriyada vətəndaşların təhlükəsizliyi üçün Türkiyə və Rusiya birgə patrul əməliyyatnını uzun müddətdir ki, həyata keçirməkdədir. Əgər məcburiyyət qarşısında qalarıqsa, bu təcrübədən də istifadə etmək olar. Yəni sülhməramlı qüvvələrin tərkibində Türkiyə, Rusiya, Qazaxıstan və Belarusiyanın hərbi kontigentindən istifadə oluna bilər. -Ermənistan ərazisindən ölkəmizin digər rayonları da atəşə tutulur bu hücumlarda ermənilərin taktiki dəyşikikləri nəylə bağlıdır? -Baxın, işğal olunmuş torpaqlar azad olunduqca ermənilər münaqişə bölgəsindən kənar şəhərlərimizi, rayonlarımızi atəşə tuturlar, mülkü insanları hədəfə alır. Ermənilər işğal olunmuş ərazilərdə gedən döyüşlərdə məğlub olduqlarını konpensasiya etmək və bundan təbliğat vasitəsi kimi istifadə edərək öz vətəndaşlarını, erməni iştimaiyyətini aldatmaqdadırlar. Bununla yanaşı Ermənistan ərazisində yerləşən hərbi bazalardan digər rayonlarımız, dinc sakinlər atəşə tutulur, məqsədləri müharibəni Ermənistan ərazisinə cəlb etməkdir. Bununla da üçüncü qüvvələri münaqişəyə cəlb etmək istəyirlər. Bildiyiniz kimi Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvüdür, bu təşkilatın əsasnaməsinə görə tərəflərdən biri hücuma məruz qalarsa bu halda həmin dövlətə hərbi yardım edilə bilər, amma Paşinyan unudur ki, məlum Tovuz hadisələrində bu taktika baş tutmadı. Paşinyan KTMT–dən dəstək almadığı təqdirdə bu təşkilatdan çıxmaq bəyanatı vermək məcburiyyətində qalacaq. Unutmayaq ki, Paşiniyan Soros fondunun maliyyə, ABŞ-ın siyasi dəstəyi ilə hakimiyyətə gəlib. Belə baxanda Paşinyanın hakimiyyətə gəlməsi dolayı yolla bizim xeyrimizə oldu. -Nə mənada bizim xeyrimizə oldu? -Birinci Qarabağ münaqişəsindən məğlub kimi çıxmışdıq, atəşkəs imzalanmışdı və münaqişənin həlli sülh yolu ilə həll olunmalı idi. Bunun nəticəsi idi ki, biz təxminən 30 il gözləməli olduq. Hər dəfə böyük dövlətlər, beynəxalq təşkilatlar bəyan edirdilər ki, sülh danışıqları davam etsin, siyasi öhdəliklər yerinə yetirilməlidir, yəni bu cür təzyiqlərə məruz qalırdıq. ABŞ-ın dəstəyi ilə hakimiyyətə gələn Paşinyan və erməni diasporası hesab etdi ki, bu dəfə Amerkanın və qərbin dəstəyi ilə yeni torpaqlar işğal edəcəklər. Ona görə, Paşinyan arxayın olaraq avantürist siyasi bəyanatlar verməyə başladı, Paşinyan belə avantürist davranışı nə beynəlxalq hüquqa, nə də siyasi reallığa uyğun gəlirdi. Erməni rəhbərinin əndazəsindən çıxması Prezident İlham Əliyevin səbir kasasının daşmasına səbəb oldu və hücum əmri verməyə əsas verdi. -Yaranmış mövcud vəziyyətdə Paşiniyanın hərbi sahədə məğlubiyyəti erməni ictimaiyyətində siyasi vəziyyətə necə təsir edə bilər? -Sözün əsil mənasında ordumuzun sücaətli qələbəsi Paşinyanı və erməni ictimayyətini çaşdırıb, onların ağlına belə gəlməzdi ki, Prezident İlham Əliyev qətiyyətli addım atacaq və bu cürə prinsipial mövqe nümayiş etdirəcək, onların havadarlarının bütün tələblərini rədd edəcəkdir. Hesab edirəm ki, Prezident İlham Əliyevin siyasi iradəsi, ordumuzun döyüşkənliyi və xalqımızın qələbəyə inamının nəticəsində tezliklə bir neçə işğal olunmuş rayonlarımızı azad edilməsi ilə nəticələnəcəkdir. Belə olan təqdirdə Ermənistanda ictimai-siyasi vəziyyət köklü dəyişəcək, Paşinyanın həm daxili auditoriyada, həm beynəlxalq aləmdə siyasi imici nüfuzdan düşməsinə səbəb olacaq, nəticədə Paşinyanın istefası ilə nəticələnə bilər. Ermənilər taym-aut götürmək məqsəd ilə belə taktikadan tez-tez istifadə edirlər. Biz bunun Ter-Petrosyan və Sarkisiyanın timsalında şahidi olmuşuq.
© 2020 - Created by İLK XEBER.