Nazirlər Kabineti “Bəzi malların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” 2020-ci il 14 fevral tarixli 42 nömrəli qərarında dəyişiklik edib. Nazirlər Kabinetindən Modern.az-a verilən məlumata görə, Baş nazir Əli Əsədovun imzaladığı sənədə əsasən, Qərarın qüvvədə olma müddəti sentyabrın 1-dən noyabrın 1-dək uzadılıb. Eyni zamanda “Yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısı” üzrə 5-ci sətrin “Malın adı” sütununda “3001 və 3006 mal mövqelərində” sözləri “3001, 3006 mal mövqelərində və 3005 90 100 0 alt yarımmövqeyində” sözləri ilə əvəz edilir; 12-ci sətrin “Malın adı” sütunundan “maskalar və” sözləri çıxarılır. Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısı
Sıra №-si | XİF MN üzrə kod | Malın adı |
1 | 2 | 3 |
1. | 2207 10 000 0 | Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti |
2. | 2207 20 000 0 | Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar |
3. | 2208 90 910 0 | Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan |
4. | 2208 90 990 0 | Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan |
5. | Qrup 30-dan | Əczaçılıq məhsulları (pərakəndə satış üçün formalarda və ya qablaşmalara qablaşdırıl-mayan tənzif və tənzif məmulatları, habelə 3001 və 3006 mal mövqelərində təsnifləşdirilənlər istisna olmaqla) |
6. | 3808 94-dən | Dezinfeksiyaedici vasitələr |
7. | 3822 00 000 0-dan | Koronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər |
8. | 3926 20-dən | Baxillər |
9. | 4015 19-dan | Steril və qeyri-steril əlcəklər |
10. | 5603-dən | Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və respiratorların, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlərin (kombinezonların) istehsalında istifadə olunan parçalar |
11. | 6210 10-dan | Tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar) |
12. | 6307 90-dan | Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar) |
13. | 9004 90-dan | Tibbi personalın istifadəsi üçün hermetik qoruyucu eynəklər |
14. | 9019 20 000 0 | Ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs aparatı və ya digər terapevtik tənəffüs aparatı |
15. | 9025 19-dan | İnsan hərarətinin təmassız ölçülməsi üçün elektron portativ termometrlər |
© 2020 - Created by İLK XEBER.