“Şənbə və bazar günləri dərslər olmur. Şənbə və bazar günləri sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlarda nəqliyyatın hərəkəti ona görə məhdudlaşdırılır ki, yoluxma artmasın”. APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, bu günə kimi aparılan monitorinqlər göstərir ki, restoranlar açıq məkanlarda fəaliyyəti zamanı, o cümlədən mağazaların əksəriyyəti tələblərə riayət edirlər: “Restoranların qapalı məkanlarda fəaliyyəti ilə bağlı isə hələ qərar qəbul edilməyib”. Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, ölkə miqyasında toy və yasların keçirilməsi ilə bağlı qadağalar isə hələ qüvvədədir.
© 2020 - Created by İLK XEBER.