Yatmış vicdanları oyadacaq Türk toplarının səsi

Mayis Səfərli, Yurddaş Partiyasının sədri
Aralıq dənizində vəziyyət son dərəcə kritikdir. Türkiyəni dənizin şərqindəki şelfdə zəngin karbohidrogen yataqlarından məhrum etmək üçün Fransa başda olmaqla bir sıra Avropa ölkələri Yunanıstanın qızışdırıb salıblar ortaya. Afinanın provakativ addımları Ankaranın səbrinin daşmasına hədəflənib. Qardaş dövlətin zorən münaqişəyə cəlb edilməsi göz qabağındadır.
Hər zaman antitürk mövqeyində duran, tarixdə olmayan "erməni soyqrımından "ermənilərin özündən çox danışan, az qala bağıran Fransa bu gün də Yunanıstanın himayəçisinə çevrilərək,hərbi gəmilərini və qırıcı təyyarələrini bölgəyə göndərmişdir.
Siyasətlə az-çox maraqlanan sadə insanlar da yaxşı bilirlər ki, məsələnin kökündə heç də enerji daşıyıcıları mövzusu dayanmır. Problem daha genişdir. Söhbət dünyanın yenidən bölüşdürülməsindən gedir.
Türkiyə Aralıq dənizinin ən böyük sahil ölkələrindən biridir. Dənizin zənginliklərindən onu uzaq tutmaq nə beynəlxalq hüquqa, nə ədalətə, nə də ki, insanlığa sığmır. Bu mümkünsüzdür. 100 il öncə Avropalılar buna cəhd etdilər. Nəyə nail oldular? Qardaşlarımız onların işğalçı ordusunu dəniz sularına qərq etdi. Deyəsən,keçmişdən dərs almayıblar. Yenidən o dərin sularda boğulmaq istəyirlər. Türkiyə bunu edər! Qüdrəti də çatar, ruhu da yetər! Türkiyə tarix boyu Fransa kimi onlarla dövlətləri qatlayıb dizlərinin altına qoymuşdur. Avropanı yönəldənlər tarixi unutmasınlar. Hər şeyi ağıllarının süzgəcindən keçirsinlər. Bu günlərdə internetdə Fransa prezidenti Makronun hakimiyyətə yeni gəldiyi günlərdəki fotosuna rast gəldim. Zaman etibarı ilə aradan çox vaxt keçməsə də,onun tez yaşlandığı görsənir. Yadıma Benjamin Franklinin sözləri düşdü: "Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır..."
Türkiyə Cumhuriyyəti bu gün artıq Navteks elan etdi: Aralıq dənizindən istifadə edə bütün dövlətləri və şirkətləri sentyabrın 1-2 -də bu nəhəng dənizin şərqində yenilməz Türk Donanmasının atışlı döyüş təlimləri keçirəcəyi barədə məlumatlandıdı. Qardaş dövlətin toplarının səsinin Afinadan tutmuş Parisin Yelisey sarayına qədər yatmış vicdanları oyadacağını deyə bilməsəm də, ancaq çoxlarının yuxusunu ərşə çəkdirəcəyinə tam əminəm.
Əlbəttə də ki, Azərbaycan Türkiyənin yanındadır. Türkiyənin işi haqq işidir, hamımızın işidir. Qardaşlarımızla birlikdəyik!
Fotoğraf açıklaması yok.
Yorum Yap
Paylaş

Yorumlar

3 diğer yorumu gör