“Erməni dəyirmanına su tökən ünsürlər 1939-1953-cü illərdə Yardımlı rayonunun 32 kəndindən deportasiya edilmiş yardımlıları talışların deportasiyası kimi təqdim edib” “Ölkəmizdə xaos yaratmağı, milli ayrı-seçkilik salmağı qarşılarına məqsəd qoyan ermənilər, yaxud erməni dəyirmanına su tökən ünsürlər 1939-1953-cü illərdə Yardımlı rayonunun 32 kəndindən deportasiya edilmiş yardımlıları talışların deportasiyası kimi təqdim edib”. Bu fikirləri AMEA Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şahlar Göytürk Stalinin hakimiyyətdə olduğu illərdə Yardımlı rayonunun bir sıra kəndlərindən deportasiya edilmiş yardımlıları sosial şəbəkədə talışların deportasiyası kimi təqdim edənlərə cavab kimi səsləndirib. Ş.Göytürkün bildirdiyinə görə, həqiqətdən uzaq, təxribat xarakterli videoçarxlar ilk dəfə deyil ki, sosial şəbəkədə yayılır. “Çox təəssüf ki, bu cür iyrənc videoçarxların təsirinə düşən, erməni təbliğatına uyan sadəlövh ölkədaşlarımız da var”. Dilçi alim qeyd edib ki, ölkəmizə qarşı aparılan iyrənc təbliğatlardan, videoçarxların altında yazılan aşağılayıcı, qisasçılıq hissi ilə dolub-daşan şərhlərdən bir daha aydın olur ki, sosial şəbəkədə azərbaycanlı adı ilə qeydiyyatdan keçmiş çoxlu sayda ermənilər vardır. “Məlumat üçün bildirim ki, hələ yardımlıların deportasiyasından xeyli qabaq Vərgədüz (Yardımlı) rayonun əhalisinin 99,6 faizini türklər, 0,4 faizini digər millətlər təşkil edirdi. Mənbə: 1920-ci illərin sonunda Azərbaycan SSR-nin Cənub rayonlarının siyasi-iqtisadi səciyyələndirilməsinə dair statistik cədvəl.// Rusiya Dövlət Hərbi Arxivi f. 25873, s. 1, i. 837, v. 92-92 arxası. Oxu: Tarixçi alim Cəmil Həsənli. 1918-ci il: Lənkəran və Muğan od içində (III hissə)” - deyə Ş.Göytürk qeyd edib. İlkxeber.org
© 2020 - Created by İLK XEBER.