Svetlana Tixonovskayanın yeni videomüraciəti - "Ölkənin milli liderli olmağa hazıram"

elarusun müxalifət siyasətçisi Svetlana Tixanovskaya mübahisəli seçkidən sonra ölkəyə rəhbərlik etməyə hazır olduğunu deyib. Avqustun 16-da "YouTube"-da yerləşdirdiyi videomüraciətdə Tixanovskaya yeni ədalətli seçkinin keçirilməsini təmin edəcək hüquqi çərçivə yaratmağa çağırıb. Rəsmi seçki orqanının 80 faiz səslə qalib elan etdiyi Lukaşenko isə bu təklifi dərhal rədd edib. 37 yaşlı Tsikhanouskaya hazırda Litvadadır, videobloqer ərinin həbsindən sonra seçkiyə qatılıb. O deyib ki, təhlükəsizlik və hüquq-mühafizəəməkdaşları Lukaşenko hökumətini tərk edərək tərəf dəyişərlərsə onların keçmiş davranışı bağışlana bilər. “Ölkənin sakitləşməsi və normal ritmə dönməsi üçün məsuliyyət götürərək milli lider kimi hərəkət etməyə hazıram”, – Tixanovskaya avqustun 16-da "YouTube" sosial şəbəkəsində yerləşdirdiyi videomüraciətdə deyib. Lukaşenko isə hakimiyyətdə qalmaq əzmindən əl çəkmir, avqustun 17-də vertolyotla "Minsk təkərli dartıcılar" zavoduna gedib. Belarusda baş verənlərə region ölkələrindən reaksiyalar gəlməkdədir. Polşa avqustun 17-də bəyan edib ki, Belarusla sərhədin monitorinqini aparır. Bu həftə Belarus ordusu Polşa və Litvayla həmsərhəd Qrodno regionunda təlimlər planlaşdırır. Britaniyanın Xarici işlər naziri Dominik Raab avqustun 17-də bəyan edib ki, Lukaşenkonun təkrar seçilməsi saxtadır və Britaniya hökuməti seçkinin nəticələrini qəbul etməyəcək. “Bu saxta prezident seçkisindən sonra Belarus hakimiyyətinin dinc etirazçıları boğmaqdan ötrü əl atdığı zorakılığı dünya dəətlə izləyib”, – o vurğulayıb. “Britaniya nəticələri tanımır”, – nazir bəyan edib. (azadliq.org)