Avqustun 15-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi tərəfindən Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən dini icma sədri və din xadimlərinin iştirakı ilə videokonfrans keçirilib. Videokonfransda DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən 70-ə yaxın dini icma sədri və din xadimi iştirak edib. Çıxışlar zamanı bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı ölkəmizdə Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli tədbirlər qeyd edilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qaydalarına, Dövlət Komitəsi və QMİ rəhbərliyinin tapşırıq və tövsiyələrinə əməl edilməsinin vacibliyi vurğulanıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
© 2020 - Created by İLK XEBER.