Salam olsun, çox dəyərli oxucum! Bu dəfə haqqında söbət açacağım insan çoxumuzun yaxşı tanıdığı Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, tədqiqatçı-yazar, tanınmış şair- publisist, peşəsinə sədaqəti, peşəkarığı “Tərəqqi” medalı ilə qiymətləndirilmiş fədakar jurnalist Qələndər Xaçınçaylı barəsində, onun hal-hazırda olduqca ağır vəziyyətdə olan səhhəti və bu vəziyyətinə olan laqeyd münasibət barəsində olacaq. İlk öncə nəzərinizə onu çatdırım ki, bütün təhsil pillələrində təhsilini fərqlənmə ilə başa vuran Qələndər müəllim əmək fəaliyyətinə də məhz xarakterinə uyğun bir yerdə, şəraitdə başlamışdır. Ötən əsrin səksəninci illərindən Neft Daşlarında əmək fəaliyyətinə başlayan Qələndər Xaçınçaylı tez bir zamanda açıq spzlü, iti qələm sahibi kimi tanınır. Zəhmətkeş tribunalarında odlu-alovlu çıxışları ilə seçilməyə başlayır. Qısa bir zamanda imzasını tanıtmaqla bərabər, şəkilləri ö dövrün ən məşhur mətbu orqanlarının birinci səhifələrində yer alır, yazılarının sərlövhələri manşetlərə çıxır.... Quruluş, əsr dəyişsə də sənətini, əqidəsini bütün məhrumiyyətlərə rəğmən dəyişməyən Qələndər müəllim bir jurnalist-repartyor, araşdırmaçı-yazar kimi daim xəbəin ön cəbhəsində, ən qarışıq, müəmmalı, təlatümlü mövqelərində əlində qələm savaşaraq, həmişə şəraiti düzgün qiymətləndirərək, vəziyyətdən qalib çıxmağı bacarıb. Yuxarıda qeyd etdiyim kimi onun bu fədakarlığı və peşəkarlığı yüksək qiymətləndirilərək “Tərəqqi’” medalı ilə mükafatlandırılıb. Bu yerdə bir qeydi də nəzərinizə çatdırım ki, uzun illər bu sahədə fəaliyyət göstərsə də evsiz olmasına baxmayaraq, dəfələrlə mənzili olmayan jurnalistlərə ev paylananda həmişə siyahıdan kənarda qalıb. Bir gün onun da yada düşəcəyini, nəhayət qohum-qardaşın künc-bucağından öz evinə köçəcəyi günü səbirsizliklə gözləyirdi. Hal – hazırda Qələndər müəllim “Yeni Klinik Mərkəz”də müalicə olunur. Vəziyyəti ağır olaraq qalır. 5 avqust tarixindən xəstəxana şəraitində müalicə olunur. Əsas məsələyə keçməmişdən əvvəl gəlin onu daha yaxından tanıyaq: Qələndər Xaçınçaylı haqqında Qarabağın gözəl guşələrinin birində -Ağdamda doğulub boya-başa çatan Qələndər Xaçınçaylı Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, tədqiqatçı-jurnalist, tanınmış şair – yazıçı, publisistdir… 1981-ci ildən mətbuatda müntəzəm olaraq şeir və məqalələrlə çıxış edir. Şeirləri “Ədəbiyyat və incəsənət”, “Kommunist”, “Bakı”, “Savalan”, “Azərbaycan pioneri”, “Fəryad”, “Meydan”, “Səs”, “Gələcək gün”, “Ədalət”, “Təzadlar” qəzetlərində, “Azərbaycan”, “Ulduz”, “Müxbir”, “Kənd həyatı”, “Göyərçin”, “Pioner” jurnallarında ardıcıl olaraq çap edilib. Həmçinin, “Gənclik” nəşriyyatının “almanax”larında əsərləri oxuculara təqdim olunub. Onun ilk kitabı “Qarabağın ağlar gözü” (1998) adlanır. İndiyənə qədər Qələndərin bir-birinin ardınca “Qarabağa gedən yollar” (2000), “Dünya mənim söz qalamdır” (2004), “Dərd ürəyimdə mamır bağlayıb” (2006), “Qeyrət qalası” (2007), “Yaza tələsən çiçək” (2008), “El ağsaqqalı” – publisistika (2008), “Şərəfli ömür” – (publisistika, 2009), “İkinci ömrümü yaşayıram” (2011), “Gözləmə” (2012), “Ömür mənalı keçəndə” (2012) şeir və poemalardan ibarət kitabları nəşr olunub. İlk nəsr əsəri olan və 20 Yanvar, Qarabağ müharibəsi qəhrəmanlarından bəhs edən çox maraqlı “Güllə işığında” povesti çap olunub. Onun kitablarının adlarından da göründüyü kimi, Qələndər Xaçınçaylı bütün yaradıcılığını Qarabağ müstəvisində, vətənpərvərlik və mübarizlik çevrəsində toplayır. Qeyd etdiyim kimi, vəziyyəti ağır olaraq qalır. Tənəffüsü, danışığı çətin olsa da anlaqlıdır. Qısa telefon əlaqəsi zamını kiminlə danışdığın bilir. Fədakar jurnalisti ən çox üzən isə səhətinin ağır olması deyil, ona olan laqeyd münasibətdir. Bu yerdə nəzərinizə çatdırım ki, heç kim bu bəladan sığortalanmayıb və sabah bizlərdən hamımız bu laqeyd münasibətlə üzləşə bilərik. Qələndər müəllim “Təzadlar”ın baş redaktoru Asif Mərziliyə və dəyərli ziyalılarımız Əflatun Amaşova, Bəxtiyar Əliyevə, Aqil Abbasa təşəkkürlərini bildirməklə yanaşı üzvü olduğu ali qurumların, eymi zamanda əməkdaşı olduğu “Həftə içi” qəzetinin, “Hafta.az” saytının rəhbərliyindən və kollektivindən narazılığını dilə gətirdi. Məncə də laqeyidlik, dolayısı ilə söz yarası daha ağırdır. Bu o vaxt daha pis olur ki, hər şey öz əlində ola – bir növ bulaq başında suzuz qalmaq kimi. Ya da bu vəziyyətə adətən belə deyirlər: - “... ə, filənkəsi boş ver, onda qışda qar da almaq olmaz...” Nə bilim Vallah, maraqlı dünyada yaşayırıq hər şey göz qabağənda olsa da baş verənlərdən çox az adam ibrət götürür. Sonda əlaqədar qurumları və şəxsləri Qələndər xaçınçaylı timsalında ehtiyacı olan hər kəsə yardımçı olmağa, diqqət göstərməyə çağırırıq. Qələndər Xaçınçaylıya Böyük Allahdan acıl şəfalar diləyir, tezliklə sağalıb yenidən sözün ön cəbhəsindəki savaş meydanında olan mövqeyinə dönməsini arzu edirik. Və ümüd edirik ki, bu dəfə jurnalistlərə ev paylananfa o da sevinəcək. Ömrünün ahıl çağlarını öz evində rahat yaşya, nəvələri gələndə ürəkli onlarla oynaya, istəsə Dənizkənarı Bulvara gəzməyə apara biləcək. İnşəAllah! Şair-publisist
© 2020 - Created by İLK XEBER.