“Europa Nostra” (Avropa Mədəni İrs Cəmiyyəti), ALIPH (Münaqişə Zonalarında Mədəni İrsin Mühafizəsi Mərkəzi), ICOM (Beynəlxalq Muzeylər Şurası), Dünya Abidələr Fondu kimi beynəlxalq mədəniyyət təşkilatları, habelə Luvr Muzeyi Livanda baş vermiş dəhşətli partlayış nəticəsində dağılmış tarixi abidələrin bərpası üçün birgə dəstək bəyanatı yayıblar. AZƏRTAC xəbər verir ki, bəyanatda zəngin tarixi-mədəni irsə malik olan Beyrutun qədim mədəniyyət abidələrinin, muzeylərin və kitabxanaların bərpası istiqamətində tədbirlər görüləcəyi bildirilib. Beynəlxalq təşkilatlar bu məqsədlə lazımi vəsaitin ayrılması, habelə texniki və ekspert yardımı göstəriləcəyini əlavə ediblər.
© 2020 - Created by İLK XEBER.