"Deyəsən, koronavirus bütün dünyanı nəhəng karnaval meydanına çevrilmək fikrinə düşüb. Özü də hamı iştirakçıdır, tamaşaçı yoxdur… Qəribədir ki, karnavalın cövhəri olan lağ-lağı ovqatı insanları tərk etmir. Özü də koronavirus daha çox faciəvi xarakter kəsb etdikcə lağ-lağılıq daha da güclənir: məlum olur ki, insan birliyinin ən səmərəli yolu fərdin özünü, başqasını ələ salmaqdır: zarafat edirəm, deməli, varam!”. Professor Qorxmaz QULİYEV Vasif Sadıqlı: Avqust idi, TƏBİB qərar oxurdi, Nişanlı qız bəy corabın toxurdi Küçələrdə hər kəs maska taxırdı "Toy yasaqdır" deyincə qız ağladı, Tezcə durub televizoru bağladı.. Yaz qabağı gün güneyi döyəndə, Çinli qızlar yarasanı yeyəndə, Hamı durub karantini söyəndə, Deyirəm kaş mən də doktor olaydım, Virusların gözlərini oyaydım. Heydərbaba, orda virus var, ya yox? Adamları evə doldurar, ya yox? Bir ah çəksəm, onu yandırar, ya yox? Burda hər kəs hüznlü, qaşqabaqlı, Metro bağlı, dükan bağlı, “mall” bağlı. Biçin üstü sünbül biçən oraqlar, Elə bil ki, zülfü darar daraqlar, Kömək etmir nə isti, nə araqlar, Oliqarxlar qara kürü tıxırlar, Kasıblarsa yavan yeyib baxırlar. Xurşid Banu: Qərargahdan bəd xəbərlər çıxanda, Millət durub ağzınıza baxanda, Təbib vədlə məlhəmini yaxanda, Bizdən də bir mümkün olsa yad elə, Metro ilə gedənləri şad elə. Heydərbaba, sorağı yox Oqtayın, Sən dərdini çəkməlisən bu tayın, İşbazlar da çıxarıblar lap zayın, Maskalardan yaxşı biznes qurdular, Madonnanı maskalara vurdular. Heydərbaba, var burda da bir "Varlıq" Dilimiz var, kökümüz var, biz varıq, Karantində FADMM-yə yar olduq, "İlkxəbər"dən şad xəbərlər alarıq Yad dilləri küçələrdən qovarıq. Gülyaz Əliyeva: Heydərbaba, işlərimiz yamandı, Xəstəxana yolları tam dumandı, Oqtay qaçıb, tapma onu, amandı, Qoy xəstələr öz -özünə sağalsın, Sağalanlar günü-gündən çoxalsın! Karonovirus, sənin üzün ağ olsun, Dörd bir yanın xəstə deyil, sağ olsun , Sağlamlara baxıb, dərdin dağ olsun, "Hər şey bitdi "- deyib bizi şad elə, Necə çıxdıq xəstəlikdən yad elə ... Heydərbaba, Şəhid anası neyləyir? Yenə onun yaraları göynəyir, Ağrı-acıdan dil-dodağın çeynəyir, Baxır toysuz oğlunun baş daşına , Fikirləşir, gəlir hava başına. Türk uçaqlar Naxçıvanda uçarlar, Göy üzündə qızıl pərdə açarlar, Düşmənlərə ölüm odu saçarlar, Qələbənin artar səsi, cəlalı, Bizlərin də bir şadlanar cəmalı. Qarabağım, yolum səndən kəc oldu, Dava düşdü ,gələmmədim, gec oldu, Heç bilmədim igidlərin necoldu? Bilməz idim, erməni var, urus var, Itginlik var, ayrılıq var, ölüm var. Nəcəf Rüstəmli: Oqtay müəllim, gün dalını dağlasın! Üzün gülsün, düşmənlərin ağlasın! Nəvələrin bir dəstə gül bağlasın! Səsün gəlsün, çön bir bax bu yana! Bəlkə, bizim səhiyyəmiz oyana! Elnur Xəlilov: Heydərbaba Oqtay doxdur görünmür, TƏBİB Ramin ta deyəsən öyünmür, Heç virusun dalınca da sürünmür, Bilməz idim döngələr var, dönüm var, İtginlik var, ayrılıq var, ölüm var... Virus baba, sənin üzün gülməsin, Millətimiz sənə görə ölməsin, Evimizin çıraqları sönməsin, Dünya qəzöv-qədər ölüm-itimdir, Dünya boyu oğulsuzdu, yetimdi. Vəli Nağıyev: Abadlığa ayrılan pul yeyilir, Tikilən binalar çökür, əyilir, Düzə yalan, yalana düz deyilir, Kəndimizin nə qazı var , nə yolu, Meşələr tükənib, qırırıq kolu. Vəfa Məmmədova: Təbib bizə "evdə qalın" deyəndə, Hande Harman Qubada kef edəndə, İbadulla kənddən səs göndərəndə, İşsiz millət cəriməsin ödərdi, Əsəbindən karonanı söyərdi. İsmayıl Məmmədov: Heydərbaba, şeytan indi haxdadı, Ziyasızdı, dünya qaranlıxdadı, Gözəllərin slikondu,saxtadı, Dost dediyin düşməndən bətər oldu, Çəkdiyimiz zəhmətlər hədər oldu. Heydərbaba, dərdim dünya boydadı, Doğru qışda,yalanlar həp yaydadır, Bu nə qanun,bu nasıl bir qaydadır? Məmur,molla,tacirləri bal dadır, Yazıq millət mədəsini aldadır. Polis var ki, indi yolda ov güdər, Yazıq millət, hara qovsan qov-gedər, İynə, dərman, maska indi tov gedər, Kim qaz vurub indi qazan doldurur, QANUN bizi acımızdan öldürür. İnnən belə məndən insan olmaz heç, Pələng yox e, məndən Məstan olmaz heç Ölsəm əyər, halva, ehsan olmaz heç, Dəyməsin qoy "dindoş"ların "çest"inə, Molla-filan çağırmayın üstümə. Heydərbaba, TƏBİB çıxıb qəsdimə, Tüstülənib,boğuluram tüstümə, Mat qalmışam hökümətin *jest*inə, Deyir hər kəs evdə otursun gərək, Çıxma çölə a "dovşan", a "dümbələk". Livandakı ermənilər öldülər, Bizimkilər "hay"lara hay verdilər, Bu torpaqdan hər kəs meyvə dərdilər, Kilsələr də bizdən kamın alıbdı, "Bə mənim bir abbasım harda qalıbdı"? Heydərbaba, bu nə dövrü-zamandır, Yol gedirik, yolumuz toz-dumandı, Öndə bir "dərə" var, adı "gümandı", Düz göstərmir bu dünyanın mizanı, "LAZIM" gəlib düzədldəcək qapanı. Hecer Pashayeva: Koronavirus o Uhandan gələndə Camaatı evdə vuranda bəndə. Xəstələrin çinliləri söyəndə Sağlamları xəstələrə qatardıq. Pozitivi neqativə çatardıq. Vüsalə Məmmədli: Heydərbaba, virus bizi azdırıb, Azadlığı ürəklərdən qazdırıb, Karantinin sərneviştin yazdırıb Salıb Covid 19-u canına, Karonanı bələşdirib canına. Aybəniz Rəhimova Heydərbaba, virus bizi çaxanda, Erməni də ondan betər yaxanda, Şəhidləri bir-bir yola salanda, Salam olsun kəlamıza, dilizə, “Əri döymüş arvad qapan itizə” Heydər baba, COVİD torba hörəndə, “190”-lar 190-na minəndə, “Təbib” əhli boş-boş kola hürəndə , Salam olsun çaqqalıza, itizə, “Kor gözləri, badam” edən dilizə. Kərbəlayi Sadiq: Vasif baba, mənsiz nəzm axşamı? Bar açılıb, kitabxana "quş damı"? "Bibiheybətdə" kaş qılaydıq biz "şamı". Bir biləydim məscidi kim bağladı, Kərbəlayi tövbə diyib ağladı. Bahar Ağayeva: Heydərbaba, kafeləri açdılar, Karantindən bezib dənizə qaçdılar, Maskasıza cəriməni biçdilər,ı Xalq düşünür, pulun versin yeməyə, Ya tutulan cəriməni ödəyə. Təbib qardaş, sənin üzün ağ olsun, Cərmələrin qoy yığılıb dağ olsun, Təki Covidə tutulanlar sağalsın, Ondan sonra yaşamaq da asanmış, Dünyada ən şirin şey sağ can imiş. Covid baxmır xəstələrin yaşına, Qalanların gözdən axan yaşına, Vay o gündən, quru qala, yaş yana, Çək bu dərdi, çəkə bilsən, ay baba, Çətin keçir saat, həftə, ay, baba. Heydərbaba, Tovuzda hay düşəndə, İgidlərin şir kimi döyüşəndə, Anaların qəlbinə od düşəndə, Kaş ki mərmi Poladdan yan keçəydi, Düşmənin generalların biçəydi. Heydərbaba, şəhidləri ağlaram, Dərya kimi çırpınaram, çağlaram, Düşmənimin ürəyini dağlaram, O gün olsun, Qarabağım alınsın, Torpağında təzə yurdlar salınsın. Heydərbaba, xalq yuxuya dalmasın, Yer xaini ağuşuna almasın, Qisasımız qiyamətə qalmasın, Düşməndən intiqamını algınan, Bayrağımı Xan Şuşaya çalgınan! Səhlədar Hidayətoğlu: Küçələrdə "ablava"da polislər, İş başında sıravilər, rəislər, Onlar səndən bilmirsənmi nə istər? Maskaların ağı, göyü, qərəsi Cəmisi də 30 qəpik hərəsi. Ay korona , peyvənd səni dağlasın Tacın düşsün, kristalın ağlasın Təbib sənin yollarını bağlasın Bir də görək yumşalma var, çıxış var Azadlıq var, bu dünya var, naxış var. Gunel Bayramova: Koronasan tac olmadın bizlərə, Gəlişinlə əzab verdin yüzlərə, İşləyirsən ÜST-dəki dinsizlərə, Aman deyim gec olmadan büdcəni Payız olur, gəlin sayın cücəni! Aygün Məmmədova: Heydərbaba, Vətən göyü dumandı, Anaların vəziyyəti yamandı. Qarabagım darda qalıb amandı, Bizim Polad Generala eşq olsun! O qəhrəman ordumuza məşq olsun! Mekan Lazım: Heydərbaba, maska üzü dağlasın.. İpin boşalt, qulaqların çığnasın.. Kasıb gedib öz gününə ağlasın.. O virusdan yenə göndər bu yana.. Bəlkə bizim yatmış millət oyana... davamı olacaq
© 2020 - Created by İLK XEBER.