Ermənistan silahlı qüvvələri baş qərargahı deputatların, vəzifəli şəxslərin, iş adamlarının və tanınmış ictimai xadimlərin Azərbaycanla sərhədyanı bölgələrə səfər etməsi ilə bağlı müraciətinə rədd cavabı verib. Məlumatı “Joxovurd” yayıb. Bildirilib ki, 2016-cı ilin aprel döyüşləri zamanı əraziyə gəlib selfi edənlər çox olub. Ancaq o vaxtdan fərqli olaraq indi sərhəd bölgəsinə səfərlərə və əsgərlərlə görüşlərə qadağa qoyulub. Qərargah bunu koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri ilə əlaqələndirib.
© 2020 - Created by İLK XEBER.