Milləti elə günə qoyublar ki, onun xeyrinə bir məsələni gündəmə gətirəndə dərhal əks reaksiyalar başlayır. Yəni, millətin böyüklük amalına ciddi zərbələr vurublar. Belə olmasaydı, millətin əsas hədəflərindən biri də Bütöv Azərbaycan olardı. Bütün problemlərin kökündə isə XVIII əsrdən başlayaraq həyata keçirilən siyasət dayanır. Bu siyasəti həyata keçirənlər də o zaman dünyanın ən böyük oyunçularına çevrilən Böyük Britaniya və Rusiya idi. Onlar təkcə əraziləri işğal edib parçalamadılar, həm də təfəkkürümüzü dəyişdilər. Daha doğrusu, manqurtlaşmanı uğurla həyata keçirdilər. Türk-Müsəlman dünyasını paçalayan bu dövlətlər Hindistan türklüyü ilə Qacar türklüyü arasında ciddi sədd yaratdılar. Bunun ardınca da 1925-ci ildə yıxdıqları Qacar səltənətində Pers hakimiyyətini qurub fars şovinizmini işə saldılar. Rusiya dağılanda onu başqa formada bolşevik Rusiyası əvəz etdi və eyni siyasəti də davam etdirdi. Bu vaxta qədər Rusiya ərazisində olan Türk-Müsəlman xalqlarına divan tutmuş, onların çoxunluğunu əridə bilmişdi. Türk dünyasını daha dərindən parçalamaq üçün ərazilərimizə hay-şudraları köçürmüş və onları himayə edərək, Azərbaycanla Türkiyə arasında yerləşdirmişdi. Bu siyasət Böyük Britaniyanın, o cümlədən Avropanın da ürəyincə idi. Osmanlıya qarşı olan nifrət onları da bu məsələdə bir araya gətirdi. Osmanlını çökdürən bu qüvvələr Ərəb dünyasını da parça-parça edib, çoxlu dövlətlər ortaya çıxardılar. Necə ki, Babur Türk imperatorluğunu çökdürüb yerində Pakistan, Əfqanıstan, Banqladeş yaratmışdılar, bunu da elə etdilər. SSRİ dönəmində bizim əlifbamızı dəyişdilər. İlk olaraq zərbə əski əlifbaya dəydi. Yaşlı nəsillə yeni nəsil arasında sədd çəkdilər. Sonrada buna da dözməyib bizə Kiril əlifbasını qəbul etdirdilər və adımızı da azərbaycanlı yazdılar. Avropa və Rusiya dövlətləri ümumtürk tarixini məhv edib, yeni tarix yazıb bizi bir-birimizə düşmən etdilər. Biz Avropa və Rusiya tarixi qəhrəmanlarımını sevdik, özümüzünküləri vəhşi saydıq.
Bütün bunlar da millətin təfəkkürünə ciddi təsir edir. İstər Rusiya, istərsə də SSRİ zamanında adlı-sanlı nəsilləri məhv v edib, əsli olmayan insanları bizim başımıza gətirdilər. Milli tarixçiləri, filoloqları, filosofları məhv edib, özlərinin elm siyasətini qul kimi yerinə yetirən tarixçilər, filoloqlar, filosoflar yetişdirdilər. Baxın, belə vəziyyətdə millət yetişə bilərdimi? Onda bütövlük şüuru ola bilərdimi? Amma erməni və gürcülərə bunu tətbiq etmədilər. Çünki xristian sivilizasiyasına məxsus idilər. Biz isə Türk-Müsəlman sivilizasiyasına məxsus idik. İndi bu siviliziyasının yerində kimlər qalıb: Bir tərəfdən vəhabiliyi, sələfiliyi bayraq tutan Səudiyyə Ərəbistanı, o biri tərəfdən şiəliyin formasını dəyişib ifrata çevirən və özünə bayraq edən, ondan siyasi məqsədləri üçün yararlanan İran dövləti... Bu dövlətlər üçün vəhabilik də, sələfilik də, şiəliyin siyasi forması da Böyük Britaniya və Rusiya mətbəxində hazırlanmışdır. Bircə ümid yeri yalnız Türkiyədir. Yeganə dövlətimizdir ki, orada minlərlə ələvi. sünni, şiə vardır. Əsli Türk dini demokratiyası hökm sürür. Bizdə də eyni vəziyyətdir. Şiə də, sünni də, vəhabi, sələfi də bizdə də rahat nəfəs alır. Biz belə yazanda çoxlarının kürkünə birə dolur. Çünki onlar yuxarıda adı keçən layihələri həyata keçirən qüvvələrin şəbəkələridirlər. Bəzilər də başa düşmədən dodaq büzürlər. Bu gün Türkiyə Türk-Müsəlman sivilizasiyanın öndə gedən lider dövlətidir. Ona qarşı bütün qüvvələr hücuma keçibdir, amma irəliləməkdə davam edir. Çünki ona bu görəvi Uca Yaradan özü vermişdir. S.Hankintonq Osmanlı sivilasiyasına toxunanda bidirirdi ki, bu sivilizasiya sona qədər davam edə bilmədi. Onu Avropa və Rusiya dövlət birlikləri yıxdı. Belə çıxır ki, bu sivilizasiya yenidən doğulmalıydı. Bəli, bu doğmaqdadır. Bu gün Türkiyə məhz, Türk-Müsəlman dünyasının birliyi üçün çalışır. Ayrı bir yol yoxdur. Mən təbiətcə demokratik adamam, demokratik dəyərləri də ciddi qəbul edirəm. Bu yazıdan mənim Avroatlantik məkana meyilli dostlarım inciyəcəkdir. Amma mən də Avropa filosoflarını az oxumamışam. Onlar daima vurğulayırlar ki, Avropa dəyərləri yalnız Avropanın özü üçündür. Bizə yalnız Avropanın iqtisadi maraqlarını ödəyə biləcək məkan kimi baxırlar. Demək, bizə münasibət fərqlidir. Baxın, 60 ildir ki, Türkiyəni Avropa Birliyinə yaxın buraxmırlar. Guya ki, Azərbaycanı buraxacaqlar? Demək, yolumuz fərqlidir. Bunu qəbul etmək üçün Osman Turanı, İbarhim Qəfəsoğlunu və digərlərini oxumaq lazımdır. Türk həmişə Evrençi olubdur. Tanrı onun üçün söykəndiyi ən böyük qüvvədir. Türk dövlətlər, imperiyalar yaradanda daima düşünüb ki, bu Tanrının verdiyi görəvdir. Ona görə də, Türk sultanları, imperatorları həmişə özlərini Tanrının elçisi saymış və hamıya qarşı ədalətli davranmışlar. Baxın, Atilla sarayında Türk dili, Qot dili, latın dili saray dili olublar. Yaxud, Osmanlıda Türk dili, Fars dili, Slavyan dili saray dili olubdur. Və ya Səfəvilərdə Türk dili, Fars dili saray dili olmuşdur. Qacarlar dövründə Türk dili, Fars dili, Kürd dili saray dili olmuşdur. Bu yalnız Tanrı görəvliyindən irəli gəlir. Baxın, Osmanı dövründə bütün balkanlar öz dillərində danışdılar, bütün ərazilərdə senaqoqlar, kilsələr, bütxanələr azad şəkildə fəalliyyət göstərdilər. Yaxud da Səvəvi dövlətində... Bu da Tanrı görəviliyindən irəli gəlirdi. Təsəvvür edin ki, Türk-Müsəlman dünyası XVIII əsrdə basqılara məruz qalmayıb, ömür sürsəydilər, dünya ayrı dünya olacaqdı... Amma məhv etdilər bu dünyanı... Biz bunları nəzərdən keçirib Azərbaycan-Türkiyə konfederasiyasını irəli sürürük... Çünki erməni məsələsi həm də Türkiyənin məsələsidir. Çünki Qarabağ məsələsi həm də Türkiyənin məsələsidir. Türk-Müsəlman dünyasının məsələsidir. Qarabağ məsələsi həllini tapmasa, Türk-Müsəlman birliyi yarana bilməz. Bunun yolu da Azərbaycanın bütövləşməsindən keçir. Bizə, bu bütövləşmədə kim kömək edəcəkdir? Ömrü boyu Ermənistanın yanında olan Rusiyamı? Yaxud daha çox ermənilərin maraqlarına xidmət edən ATƏT Minsk qrupumu? Yaxud daima ermənin yanında yer alan İranmı? Bunları diqqətlə analiz edin, sonra bizə etiraz yazın. Ən dəhşətlisi də odur ki, bizim bəzi ziyalılarımız bizi hərdəmxəyal, suverenliyə qəsd edənlər adlandırırlar. Yox, cənablar, biz sidən fərqli düşünürk! Biz, Bütöv Azərbaycan uğrunda mübarizə aparırıq. Yadınıza salım ki, 1939-41-ci illərdə SSRİ rəhbərli Moldovanı, Belorusiyanı, Ukraynanı bütövləşdirdi, amma bizim bütövlüyümüzün qarşısını aldı. Bu məsələdə Avropa və ABŞ-da onun yanında yer aldı. Çünki Türk-Müsəlman dünyası yenidən birləşirdi. Bu baxımdan biz Azərbaycan-Türkiyə konfederativ ittifaqının yaradılmasını təşkliat olaraq prioritet məsələ sayırıq! Bütöv Azərbaycan Ocaqları (BAO) bu məsələdə yekdil fikirdədir.
Bir də sizlərin diqqətinə bir məsələni də çatdırım. Bu gün bizdə Avropanın tətbiq etdiyi demokratiya yerimir. Çünki Avropa demokratiya adı altında burada geylərin, lezbiyanların, o cümlədən azlıqların, müxtəlif qrupların fəaliyyətini gücləndirir. Bizim öz tarixi təcrübəmiz vardır. Bu da ən qədim ənənələrimizdir. Yəni, Ata kultudur, Ana kultudur. Bunu da öyrənmək üçün məsləhət görərdim ki, Süleyman Əliyarlının Dədə Qorqudla bağlı tədqiqatlarında Ata kultu və Ana kultu haqqında oxuyasınız. Baxın, Dədə Qorqud dastanlarında Oğuz həyatı təsvir olunur. Burada ciddi bir demokratiya vardır. Demokratiyanın qoruyucusu isə Ata və Analardır. Onlar Ata və Analığı Tanrı görəvi sayırlar. Bu mənada idarəçilyi də Tanrı ədaləti əsasında edirlər! Bizim yolumuz belə olmuşdur və o yola da qayıtmalıyiq. Əks halda Avropa, ABŞ demokratiyası adı altında yalnız onların bizə qarşı həyata keçirdikləri buyruqları yerinə yetirəcəyik.