İranda güclü zəlzələ oldu

İranın qərbində yerləşən Kirmanşah vilayətinin Gilan Qərb rayonu ətrafında 5,1 bal gücündə zəlzələ baş verib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı İran Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi yayıb. Bildirilir ki, zəlzələ yerli vaxtla saat 13:46-da, 8 km dərinlikdə qeyd alınıb. Hələlik dağıntılar və xəsarət  alanlar haqqında məlumat verilməyib.