Din və Demokratiya Mərkəzi ictimai birliyi yeni layihənin icrasına başlayıb. "Dini maarifçilik istiqamətində kitab çapı" adlanan layihə çərçivəsində hazırlanan kitabda bu və ya digər əsas teoloji anlayışlar və hadisələr müxtəlif dünya xalqlarının mifologiyaları və inancları, eləcə də Tövrat və İncillə müqayisə edilərək Quran işığında təhlil edilir. Üç aylıq (iyul - oktyabr 2020-ci il) layihə çərçivəsində 400 nüsxə kitab çap olunacaq və aidiyyatı qurumlara, kitabxanalara, eləcə din xadimləri və vətəndaşlara paylanacaq. Layihədən məqsəd maairifçilik yolu ilə milli dövlətçiliyimizə xidmət üzərində qərarlaşan dindarlığımızın qorunması işinə cəmiyyətin də cəlb edilməsi, müasir tərəqqi meyarlarına cavab verməyən, din dəyərlərinin gerçək məzmunu və elmi mündəricəsinə zidd düşən, və tarixən biçimlənmiş Azərbaycan dindarlığı keyfiyyətlərinə kölgə salan təzahürlərlə mübarizdə ictimaiyyətin iştirakının təmin edilməsidir. “Din və Demokratiya Mərkəzi yarandığı gündən dinin siyasətlərə alət edilməsinə qarşı mübarizə aparıb. Bu layihə də həmin qəbildəndir”, - deyə layihənin rəhbəri, Din və Demokratiya Mərkəzi ictimai birliyinin sədri Vasif Sadıqlı bildirib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilir.
© 2020 - Created by İLK XEBER.