"Həkimlər üçün mənəvi dəstəyin önəmi çox böyükdür”.
AZXEBER.COM xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. Onun sözlərinə görə, Əmək Məcəlləsinə uyğun olaraq həkimlərə də məzuniyyət verilir: "Ancaq biz hazırda pandemiya dövründə yaşayırıq. Bu dövrdə məzuniyyətdə olan həkimlər işə cəlb oluna bilər. Ancaq tibb müsəssiələrinin rəhbərləri tərəfindən ehtiyac olduqda geri çağrılması nəzərə alınmaqla həkimlər məzuniyyətə göndərilə bilərlər”