Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Həlimə Yaquba təbrik məktubu göndərib. Virtualaz.org bildirir ki, təbrikdə deyilir: "Hörmətli xanım Prezident, Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Sinqapur xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Azərbaycan-Sinqapur münasibətlərinin bugünkü səviyyəsi və beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah diləyirəm".
© 2020 - Created by İLK XEBER.