Maska həftəsi ölkəmizdə tədbiq ediləcək?

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 7-14 Avqust maska taxılması həftəsi elan olunub. Mahiyyət etibarilə bu COVİD-19 virusundan insanları qorumaq, eyni zamanda tibbi maskadan istifadə edilməsini təbliğ etməyi hədəfləyir. Bu sözləri Axar.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 7-14 Avqust maska taxılması həftəsi elan olunması haqda danışarkən deyib. O bildirib ki, tibbi maskalar mövcud pandemiya dövründə insanların səhhətini qorumaları üçün ən vacib vasitədir: “ÜST-ün başlatdığı bu kampaniya mövcud pandemiya dövü üçün çox müsbət bir addımdır. Ölkəmizdə də bu yöndə ciddi işlər görülməkdədir. Aylardır insanlara tibbi maskadan istifadə edilməsi yönündə maarifləndirici təbliğat aparılır. İstənilən halda bu və bu kimi kampaniyaların müddətli deyil, davamlı olmasını arzu edirik. Eyni zamanda yalnız maska deyil, sosial məsafənin də təbliğ olunmasına ehtiyac var. Əminəm ki, ÜST bununla da bağlı tədbir görəcək”.