Dilavər Əzimli, tarixçi alim Qardaş Türkiyə hərbi kontingenti Naxçıvana girəndə Azərbaycanda balacadan-böyüyə hamı sevinirdi. Sevinməyən yalnız “beşinci kolon” oldu. Bunların üzü həmişə Şimala dikilibdir. Türkiyə hərbi kontingentinin Naxçıvana girməsi bizə 102 il bundan qabaq qəhrəman Ənvər və Nuru Paşaların atdığı tarixi addımı xatırlatdı. Onda da Azərbaycan təhlükədə idi. İndi də eyni vəziyyətdir. Azərbaycan gücləndikcə Rusiya bir tərəfdən, İran bir tərəfdən, Ermənistan da digər tərəfdən bizə dil uzadırlar. Çünki Azərbaycan Qafqazın ən güclü ölkəsidir. Azərbaycanın güclənməsi Rusiya üçün Qafqazın itirilməsi deməkdir. Azərbaycanın güclənməsi İran üçün həyati məsələdır. Çünki orada hakim olan fars şovinizmi ömrünü başa vuracadır və Bütöv Azərbaycan yaranacaqdır. Bu İran fars şovinizminin ən qorxulu röyasıdır ki, həyata keçəcəkdir. Ermənistanın isə Qafqazda qalıb-qalmamaq məsələsi gündəmə gələcəkdir. Azərbaycan razılıq verərsə, dövlət kimi qala bilər. Amma tarixə nəzər salsaq bu da mümkün olmayacaqdır. Çünki bura yerləşdiriləndən başlayaraq onlar xəyanət yolunu tutublar. Buna görə də biz İrəvan Türk Cümhuriyyətinin yaradılmasına rəvac verdik. Məqsəd də İrəvanı və ətrafını yenidən Azərbaycana qaytarmaqdır. Buna da inanırıq!!! Çünki dünyada yeni geopolitik dəyişikliklər baş verir. Biz də ona hazırlaşırıq!!! Bununla belə düşmən hələ də güclüdür və içərimizdə əməlli-başlı işləyir. Baxın, vaxtilə Nuru Paşa komandanlığında Osmanlı ordusu bura gələndə xəyanətkar Azərbaycan bolşevik mətbuatı onlar haqqında nələr yazmadılar, Onları işğalçı adlandırıb, Azərbaycana neftə görə gəldiklərini vurğuladılar. SSRİ dönəmində də mənfur bolşevik tarixçiləri bu yanaşmanı tariximizə köçürüb elmdə də bir Türkiyə düşmənçilyi yaratmağa nail oldular. Bunlar unutdular ki, Nuru Paşa Bakını erməni-rus hərbi birliklərindən azad etmək üçün gələndə anası ona “Bakını azad etməsən südüm sənə haram olsun” demişdi!!! Bunlar o qədər şərəfsizdirlər ki, bizə Şaumyanı və onun ətrafındakı daşnakları qəhrəman kimi təqdim etdilər. Şaumyanın adı haralara verilmədi. Bizim qəhrəmana çevirdilər. Hələ bir film də ərəsəyə gətirdilər. Orada qəhrəman Osmanlı ordusunu necə də aşağıladılar. Biz də uşaq vaxtı bu filmə baxanda Şaumyan və komandasını alqışlayır və onların güllələnməsinə göz yaşı tökürdük. Bu bizim xəyanətkar bolşevik və kommunistlərin bizə sırıdığı ən böyük xəyanət idi. Bu cür xəyanətkarlar indi də vardır. İndi də içərimizdə gizlənib Rusiya yönəlik təbliğat aparırlar. Biz, Bütöv Azərbaycan Ocaqları olaraq ölkə rəhbərliyinə üz tutub müraciət etdik ki, bütün vasitələrlə Türkiyə hərbi kontingentini Azərbaycanda saxlamaq lazımdır. Azərbaycanda Türkiyə hərbi bazaları yerləşdirilməlidir. Azərbaycanla-Türkiyə arasında bərabər hüquqlar əsasında konfederasiya yaradılmalıdır. Düzdür, bəziləri bilməyərəkdən bizi başa düşə bilmədilər. Amma bundan istifadə edən “beşinci kolon” üzvləri eynən 1920-ci ildə olduğu kimi təbliğatlarını işə salıblar. Son günlər medianı izləsəniz bunun şahidi olarsınız. Bəzi deputatlar, müəyyən qrup adamları qardaş Türkiyənin hərbi kontigentinin burada qalmasına açıq şəkildə etiraz edirlər. Dərin bir məntiq ortaya qoya bilməyə bu “ekspertlər” görün nəyi vurğulayırlar: Türkiyə NATO-nun üzvüdür və NATO-nun xəbəri olmadan Azərbaycana gələ bilmzədi, burada qalmasına da NATO imkan verməz... Bununla da ictimaiyyətdə yanlış fikirlər formalaşdırır və təbii ki, özlərinə tapşırılmış tapşırıqları yerinə yetirirlər. Biz isə onlara bildiririk ki, bu gün Türkiyə NATO-dan deyil, NATO Türkiyədən asılıdır. Bu gün Türkiyə regional gücdür. NATO-da hərbi kontingentinin sayına Türkiyə görə ABŞ-dan sonra ikinci dövlətdir. İkincisi, Türkiyə bu dövrdə o qədər gücünə arxayındır ki, bir hərəkətə keçəndə ilk olaraq öz maraqlarından çıxış edir. Məgər Suriya, İdlib, Liviya məsələsində NATO üzv dövlətləri ilə razılaşdımı? Əksinə, bu məsələdə üz-üzə gəldilər. Qafqaz məsələsi də Türkiyənin prioritet məsələsidir. Qarabağ bu gün həm də Türkiyənin daxili işidir. Çünki Türkiyənin böyük gücə çevrilməsi Qafqazdan keçir. Tarix boyu belə olmuşdur, bu gün də elədir. Buna görə Türkiyə Azərbaycana hərbi kontingent göndərəndə NATO ilə məsləhətləşmədi. Baxın, Fransa birbaşa Ermənistanın yanında yer aldı. Almaniya da dolayı yolla Türkiyəyə qarşı çıxaraq erməniləri və rusları müdafiə etdi. Avropanın digər dövlətləri də Türkiyəni müdafiə etmədi. Amma Böyük Britaniya səssiz qaldı. O cümlədən ABŞ da bu məsələdə əslində, Türkiyə və Azərbaycanı dəstəklədi. Görürsünüzmü, fərqli situasiya yaranır. Yəni, bloklaşma gedir. Böyük Britaniya və ABŞ həmişə eyni qapıya oynayırlar. Onlar Rusiya və Çin heğemonluğuna qarşı Türkiyə başda olmaqla Türk Birliyinə üstünlük verirlər. Bu mənada ABŞ-Avropa münasibətlərində də xeyli ziddiyyətlər vardır. Bu gün Rusiya da yaşamaq üçün mütləq Türkiyə ilə razılığa gəlməlidir. Bu mənada artıq Türkiyənin Qafqazda rolunu qəbul edir. Amma ürəyincə deyildir. Buna mane olmaq üçün müxtəlif yollara əl atır. Bunlardan biri də Azərbaycanda olan şəbəkəsini işə salmaqdır. Bu şəbəkə də “Türkiyə hərbi kontingenti Azərbaycanda qalmaq üçün NATO-dan icazə almalıdır” tezisini işə salır və ictimaiyyətin artan passionarlığını aşağı salmağa çalışırlar. Buna görə də biz ziyalılar, bunların qabağına çıxmalı və bu cür təbliğatın qarşısını almalıyıq. Bəllidir ki, ölkə rəhbərliyi bu məsələdə birbaşa Türkiyə ilə bir yerdədir və biz də bunu alqışlayırıq. Azərbaycan Dəniz donanmasının Şərqi Aralıq dənizində olacaq hərbi təlimlərdə iştirakı buna əyani sübutdur. Biz, ziyalı olaraq, Azərbaycan və Türkiyə Prezidentlərinə müraciət etməliyik ki, Azərbaycanda Türkiyə hərbi bazalarının daimi olmasını təmin etsinlər. Bu həm də Azərbaycanın təhlükəsizliyinin qarantıdır! Qarşıda bizi böyük döyüşlər gözləyir! Bu Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdir! Tovuz hadisələri bütün Türk Dünyasını Azərbaycan ətrafında mərkəzləşdirdi. Bu da düşmənlərimizi qorxuya salır və içərimizdə olan şəbəkələrinə tapşırıqlar verirlər. Bu mənada biz ziyalılar bu məsələdə daima birlik nümayiş etdirməli və ölkənin maraqları uğrunda bir araya gəlib dövlətimizin güclənməsinə çalşmalıyıq!
© 2020 - Created by İLK XEBER.