“Məktəblərin yeni tədris ilində açılması müzakirə edilir. Təhsil Nazirliyi qarşısında tapşırıq qoyulub ki, təhsil və tibb mütəxəssisləri birlikdə məktəblərin yeni tədris ilində açılmasını müzakirə etsinlər. Həmin müzakirələr davam etdirilir”. Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, onlar tərəfindən qeydlər və təkliflər hazırlanaraq nəzərdən keçirilməsi üçün təqdim olunacaq: “Burada digər ölkələrin təcrübələrinə müraciət edilir”.
© 2020 - Created by İLK XEBER.