İran sahillərindən bir neçə kilometr aralıda “Nimitz” sinfindən olan təyyarədaşıyan gəmi batmağa başlayıb. Virtualaz.org xəbər verir ki, gəmiyə bir neçə gün əvvəl İran İnqilab Keşikçiləri Korpusunun qüvvələri qanadlı raketlə zərbə endirmişdi. ABŞ-ın "Nimitz" təyyarədaşıyanı Belə ki, İran təlim məqsədi ilə ABŞ-ın “Nimitz” sinfindən təyyarədaşıyan gəmilərinin maketini hazırlayıb və onları hədəf kimi istifadə edir. Məqsəd ABŞ-la mümkün hərbi qarşıdurma zamanı bu ölkənin hərbi donanmasının flaqmanı olan təyyarədaşıyanları batırmağı məşq etməkdir. İranın hədəf kimi istifadə etdiyi "Nimitz" təyyarədaşıyan maketinin peykdən çəkilmiş görüntüsü Bildirilir ki, əvvəlcə təyyarədaşıyan maketinin yedəyə alınaraq İran limanlarından birinə aparılacağı, orada təmir olunduqdan sonra yenidən təlimlərdə istifadə olunacağı gözlənilirdi. Lakin peykdən çəkilmiş fotolara əsasən təyyarədaşıyan majeti göyərtəsindəki döyüş təyyarələri maketləri ilə birlikdə suyun dibinə batmağa başlayıb. Hazırda təyyarədaşıyan maketinin 90 faizi suya batıb və istisna edilmir ki, maket üçün final İran qırıcılarının ona raket zərbəsi endirməsi, yaxud ballistik raketlərlə hədəfə alınması ola bilər. Amerika tərəfi İranın “Nimitz” modeli ilə keçirdiyi bu təlimləri “çox ciddi səhv və təxribat” adlandırıb. Vaşinqton üçün İranın keçirdiyi bu təlimlər əyani sübutdur ki, müharibə başlasa Birləşmiş Ştatların təyyarədaşıyan zərbə qruplaşması qanadlı və ballistik raketlərlə hədəfə alınacaq. Virtualaz.org
© 2020 - Created by İLK XEBER.